Çimnaz Quliyeva vəfat etdi
15 Yanvar 2026, 14:14
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
651
20.12.2019, 13:32
Ağstafanın keçmiş icra başçısı Nizaməddin Quliyev, müavinləri Ramiz Tatarov və Lalə Eyyubovanın, həmçinin, Yevlaxın keçmiş icra başçısı Qoca Səmədovun tutulması son deyil.
Yenisabah.az-a daxil olan məlumata görə, hazırda bir neçə rayonun icra hakimiyyətlərində yoxlamalar aparılır və güman ki, yoxlamalar həbslərlə nəticələnəcək.
İcra hakimiyyətləri ən çox şikayət olunan və korrupsiyaya bulaşan qurumlar kimi tanınır. Təsadüfi deyil ki, illərdir mətbuatda icra başçıları “kiçik padşahlar” kimi təqdim edilir.
Azərbaycanda ilk dəfə olaraq icra başçısı iş başında tutulub Əməliyyatın görüntüləri ictimailəşdirilib. Olay ölkədə rezonansa səbəb olub.
Həmçinin oxuyun
Ölkə başçısı İlham Əliyevin başlatdığı islahatlar dalğasının yalnız nəzəri xarakter daşımadığına inam daha da artıb. Bu arada yada salmaq yerinə düşər ki, Prezident son bir ayda həyata keçirdiyi icra hakimiyyəti təyinatlarında rüşvət və korrupsiya, özfəaliyyət faktlarına toxunub və bu cür qanunsuz əməllərlə məşğul olan məmurların sərt şəkildə cəzalandırılacağını bildirmişdi.
Məsələn, o, Yevlaxın və Xaçmazın icra başçıları Anar Tağıyevlə Elnur Rzayevi bu vəzifəyə təyin edərkən onları qəbul edərək demişdi:
“Bütün xoşagəlməz hallara son qoyulmalıdır, rüşvətxorluq, korrupsiya tamamilə yığışdırılmalıdır. Mən sizə şəxsən bu göstərişi verirəm. Əgər eşitsəm, bilsəm ki, əyri yola gedirsiniz, onda siz çox ciddi cəzalandırılacaqsınız. Bunu bəri başdan bilin və bütün başqa yerli icra orqanlarının nümayəndələri, rəhbərləri məni yaxşı eşitsinlər”.
Məlumatlarda qeyd edilir ki, əslində, prosesi islahatların yeni dalğası hesab etmək olar. Bu dalğada, əsasən, rüşvət və korrupsiyaya bulaşmış məmurlar qərq olacaq.
Günün videosu:
17:54 / 28 Yanvar 2026
1
17:50 / 28 Yanvar 2026
12
17:39 / 28 Yanvar 2026
27
17:13 / 28 Yanvar 2026
40
16:21 / 28 Yanvar 2026
54
15:15 / 28 Yanvar 2026
118
14:58 / 28 Yanvar 2026
83
14:29 / 28 Yanvar 2026
611
14:15 / 28 Yanvar 2026
2182
14:07 / 28 Yanvar 2026
572
14:04 / 28 Yanvar 2026
130
14:01 / 28 Yanvar 2026
426
13:57 / 28 Yanvar 2026
81
13:47 / 28 Yanvar 2026
74
13:44 / 28 Yanvar 2026
94
13:22 / 28 Yanvar 2026
183
13:15 / 28 Yanvar 2026
244
13:11 / 28 Yanvar 2026
103
13:04 / 28 Yanvar 2026
139
13:02 / 28 Yanvar 2026
102
12:52 / 28 Yanvar 2026
300
12:40 / 28 Yanvar 2026
82
12:32 / 28 Yanvar 2026
733
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.