Çimnaz Quliyeva vəfat etdi
15 Yanvar 2026, 14:14
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
840
19.12.2019, 14:34
Ağstafa rayonunun həbs olunan icra başçısı Nizaməddin Quliyevlə bağlı yeni məlumatlar verilməkdədir.
oxu24.com “modern.az”a istinadə xəbər verir ki, Maliyyə Nazirliyi bu yaxınlarda Nizaməddin Quliyevin Goranboy rayon İcra Hakimiyyətinin başçısı olduğu dövrdə Goranboyda ciddi maliyyə pozuntularına, korrupsiyaya yol verib-vermədiyini araşdırıb.
Bunu saytımıza Goranboy İcra Hakimiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən də təsdiq ediblər.
“Maliyyə Nazirliyi tərəfindən sabiq icra başçısının fəaliyyət dövrü barədə müvafiq yoxlama işləri aparılıb. Lakin yoxlama zamanı koorrupsiya və ya digər neqativ halların aşkar edildiyi barədə hələ ki rayon İcra Hakimiyyətinə heç bir rəsmi məlumat verilməyib”, - deyə İctimaiyyətlə əlaqələr şöbəsi bildirib.
Goranboy RİH-dən yoxlamaların nəticəsi ilə bağlı məlumat verilməsə də, əməkdaşımızın əldə etdiyi məlumata görə, Maliyyə Nazirliyi Nizaməddin Quliyevin fəailiyyəti ilə bağlı Goranboyda bir çox faktlar aşkarlayıb.
Bildirilir ki, ötən il Nazirlər Kabineti tərəfindən bütün rayonlarda 200-300 nəfərin minimum əməkhaqqı vermək şərtilə işə götürülməsi ilə bağlı qərarından sonra Goranboy İcra Hakimiyətinin tabeliyində olan Təmizlik İdarəsinə də 300 fəhlə ştatı ayrılıb.
Həmçinin oxuyun
Lakin Nizaməddin Quliyev həmin ştatlara özünə yaxın müxtəlif vətəndaşların adını yazdıraraq, onlara veriləcək maaş kartlarını özünə götürüb.
Yəni adları olub, özləri olmayan işçilərin plastik kartlarından çıxarılan pullar icra başçısının cibinə girib.
O da bildirilib ki, Goranboy şəhərində küçələrin asfaltlaşması üçün ayrılan vəsait də N.Quliyev tərəfindən mənimsənilib və nəticədə şəhərin mərkəzi küçəsindən başqa digər küçələr təmir olunmamış qalıb.
Xatırladaq ki, Nizaməddin Quliyev 2009-2019-cu illərdə Goranboy rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
Ölkə başçısının 5 aprel 2019-cu il tarixli sərəncamı ilə Goranboy rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən N.Quliyev Ağstafa rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
14:29 / 28 Yanvar 2026
18
14:15 / 28 Yanvar 2026
436
14:07 / 28 Yanvar 2026
89
14:04 / 28 Yanvar 2026
48
14:01 / 28 Yanvar 2026
101
13:57 / 28 Yanvar 2026
30
13:47 / 28 Yanvar 2026
35
13:44 / 28 Yanvar 2026
41
13:22 / 28 Yanvar 2026
121
13:15 / 28 Yanvar 2026
160
13:11 / 28 Yanvar 2026
62
13:04 / 28 Yanvar 2026
81
13:02 / 28 Yanvar 2026
61
12:52 / 28 Yanvar 2026
236
12:40 / 28 Yanvar 2026
50
12:32 / 28 Yanvar 2026
263
12:26 / 28 Yanvar 2026
83
12:21 / 28 Yanvar 2026
214
12:03 / 28 Yanvar 2026
1545
11:33 / 28 Yanvar 2026
70
11:28 / 28 Yanvar 2026
62
11:25 / 28 Yanvar 2026
289
11:17 / 28 Yanvar 2026
212
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.