Pensiyalarla bağlı AÇIQLAMA
25 May 2026, 13:38
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
2420
20.09.2025, 22:43
Xəbər verdiyimiz kimi, SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini, “Caspian Logistics Solutions” şirkətinin rəhbəri Adnan Əhmədzadə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və onun barəsində məhkəmənin qərarı ilə 4 aylıq həbs qərarı verilib.
Bakupost.az xəbər verir ki, Adnan Əhmədzadənin “Azəri Layt” markalı nefti rus nefti ilə qarışdırmaqla satışa təqdim etməsinin səbəb olduğu bildirilir.
Qeyd edək ki, bundan öncə Azərbaycan nefti alan bəzi ölkələrin neftin tərkibindən şikayətləndikləri, laboratoriyaya təqdim etdikləri və qarışdırıldığının üzə çıxarıldığı haqda məlumat da yayılmışdı.
Digər tərəfdən, iyulun 24-də BTC operatoru BP-nin Türkiyənin Ceyhan terminalında neft çənlərində yoxlama apararkən orqanik xlor aşkar etdiyi barədə məlumat yayılmışdı. “Azəri Layt” markalı neft tankerində də çirklənmə aşkar edilmişdi. Bu insidentdən sonra Qazaxıstan BTC ilə neft nəqlini tam dayandırdı və Rusiyadan nəql etməyə başladı.
Yalnız 17 sentyabrda məlumat yayıldı ki, Qazaxıstan BTC ilə neft nəqlini bərpa edib. Bu isə o deməkdir ki, Azərbaycan problemi yoluna qoymuşdu və A.Əhmədzadənin məhz bundan sonra həbsi barədə xəbərin təsdiqlənməsi təsadüfi deyil.
Lakin burada SOCAR-ın etimadının zədələnməsi ilə yanaşı, külli miqdarda ziyandan da söhbət gedir. Ən son məlumata görə, milyonlarla dəyəri olan Azərbaycan nefti Rumıniyada anbarlardadır. Keyfiyyətində problem yarandığı üçün o nefti anbarlarda saxlanılması xərci də daxil olmaqla, geri qaytarılmasının SOCAR-ın öhdəliyi olduğu bildirilir Məsələ budur ki, Azərbaycan neftinin tərkibinin dəyişdirildiyi və zərərli maddələr qatıldığı partiya yalnız bununla bitirmi? Digər analoji narahatlıqlar yoxdur ki?
Bütün bunlar SOCAR-ın bu proseslərdən ciddi şəkildə təsirləndiyi ehtimalını ortaya çıxarır.
07:51 / 28 May 2026
2
01:29 / 28 May 2026
248
00:21 / 28 May 2026
235
00:12 / 28 May 2026
111
00:08 / 28 May 2026
105
00:02 / 28 May 2026
195
23:30 / 27 May 2026
772
23:09 / 27 May 2026
119
23:05 / 27 May 2026
1941
23:01 / 27 May 2026
107
22:43 / 27 May 2026
124
22:41 / 27 May 2026
175
22:35 / 27 May 2026
1557
22:31 / 27 May 2026
134
22:25 / 27 May 2026
136
22:15 / 27 May 2026
115
22:11 / 27 May 2026
165
21:53 / 27 May 2026
1319
21:23 / 27 May 2026
128
21:18 / 27 May 2026
512
21:16 / 27 May 2026
120
21:05 / 27 May 2026
966
20:53 / 27 May 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.