Səfərbərlik Xidməti Ucarda gənclər üçün tədbir keçirib
16 Noyabr 2026, 10:46
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
42
16.11.2026, 20:56
Müdafiə Nazirliyində yüksək intellektual potensiala malik gənclərin bilik və bacarıqlarından hərbi xidmət dövründə səmərəli istifadə olunması məqsədilə həyata keçirilən layihə yeni peşəkar inkişaf mərhələsinə keçir.
Oxu24.com xəbər verir ki, bu mərhələdə Milli Müdafiə Universitetinin intellektual bölmələrinin əhatə dairəsi genişləndirilib və yüksək akademik nəticələrlə yanaşı, informasiya texnologiyaları, kibertəhlükəsizlik, süni intellekt, robototexnika, proqramlaşdırma və digər müasir texnoloji istiqamətlər üzrə peşəkar səriştələr də seçim prosesində nəzərə alınır.
Eyni zamanda, çağırışçıların elektron müraciətlərinin qəbulu üçün portal istifadəyə verilib. Yeni yanaşmanın əsas məqsədi müasir müdafiə sisteminin artan texnoloji tələbləri fonunda xüsusi bilik və səriştələrə malik gənclərin potensialını aidiyyəti fəaliyyət istiqamətləri ilə uzlaşdırmaq və onların peşəkar imkanlarından daha məqsədyönlü istifadə etməkdir.
İntellektual bölmələr modeli çağırışçıların ixtisas profilini hərbi xidmətin real funksional ehtiyacları ilə uzlaşdırır.
İnformasiya texnologiyaları, kibertəhlükəsizlik və digər əlaqəli mühəndislik sahələri üzrə üstün hazırlığa malik gənclərin müvafiq struktur bölmələrə cəlbi onların mövcud peşəkar kompetensiyalarını xidmət dövründə praktik dəyərə çevirir. Eyni zamanda, bu yanaşma həmin kateqoriyadan olan gənclərə hərbi xidmət dövründə ixtisas üzrə təcrübə qazanmaq, yeni kompetensiyalar formalaşdırmaq və peşəkar inkişaflarını davam etdirmək imkanı verir.
Tətbiq olunan model xaricdə təhsil almış gənclər arasında hərbi xidmətə marağın artmasına, yerli ali təhsil müəssisələrinin tələbələri arasında isə yüksək akademik nəticələrə və peşəkar inkişafa yönələn sağlam rəqabət mühitinin formalaşmasına töhfə verir.
Layihə çərçivəsində formalaşmış yaxşı təcrübə, o cümlədən informasiya texnologiyaları, kibertəhlükəsizlik, süni intellekt və digər oxşar istiqamətlər üzrə yüksək hazırlıqlı mütəxəssislərə artan ehtiyac onun yeni mərhələyə keçidini şərtləndirir. Mövcud seçim meyarları saxlanılmaqla yeni peşəkar və texnoloji meyarların əlavə edilməsi xüsusi bilik, bacarıq və nailiyyətlərə malik çağırışçıların da intellektual bölmələr üzrə seçim dairəsinə daxil edilməsinə imkan yaradır.
İntellektual bölmələrdə xidmətə aşağıdakı seçim meyarlarından ən azı birinə uyğun gələn çağırışçılar cəlb oluna bilərlər:
- Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş ali təhsil müəssisələrinə qəbul imtahanlarında bütün ixtisas qrupları üzrə 600 və daha yüksək bal toplamış şəxslər;
- Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarına uyğun olaraq ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmuş beynəlxalq və respublika fənn olimpiadaları, beynəlxalq müsabiqə və yarışların qalibləri;
- əvvəlki təqvim ilinin nəticələrinə əsasən “Times Higher Education World University Rankings” və ya “Academic Ranking of World Universities” reytinqlərində ilk 500-də yer alan xarici ali təhsil müəssisələrinin bakalavriat və ya magistratura proqramlarının məzunları;
- “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı” üzrə təsdiq edilmiş ali təhsil müəssisələri və təhsil proqramlarının məzunları (təhsilin Dövlət Proqramı və ya şəxsi vəsait hesabına maliyyələşdirilməsindən asılı olmayaraq);
- informasiya texnologiyaları və kibertəhlükəsizlik sahələrində “Advanced” və ya “Expert” səviyyəli nüfuzlu beynəlxalq sertifikatlardan birinə malik şəxslər (müvafiq siyahı portalın “Sənədlər” bölməsində yerləşdirilib);
- robototexnika, insansız sistemlər, süni intellekt, kibertəhlükəsizlik və digər texnoloji istiqamətlər üzrə ölkə və beynəlxalq səviyyəli olimpiada, yarış və müsabiqələrin qalibləri (müvafiq siyahı portalın “Sənədlər” bölməsində yerləşdirilib).
Müdafiə Nazirliyinin tabeliyində müddətli həqiqi hərbi xidmət keçəcək və müəyyən edilmiş seçim meyarlarına uyğun gələn çağırışçılar və ya onların ailə üzvləri Milli Müdafiə Universitetinin rəsmi internet saytının (mmu.edu.az) “İntellektual bölmələr” hissəsi vasitəsilə elektron müraciət edə bilərlər.
Vətəndaşlar ətraflı məlumatı müvafiq portalın “Sənədlər” bölməsindən əldə edə, zərurət yarandığı təqdirdə Milli Müdafiə Universitetinin Çağrı Mərkəzi - *0811 (iş günləri saat 09:00-dan 17:30-dək) ilə əlaqə saxlaya bilərlər.Qafqazinfo
21:01 / 16 Noyabr 2026
5
20:54 / 16 Noyabr 2026
39
20:52 / 16 Noyabr 2026
110
20:46 / 16 Noyabr 2026
42
20:44 / 16 Noyabr 2026
45
20:34 / 16 Noyabr 2026
52
20:30 / 16 Noyabr 2026
51
20:19 / 16 Noyabr 2026
57
20:13 / 16 Noyabr 2026
116
20:07 / 16 Noyabr 2026
562
20:00 / 16 Noyabr 2026
101
19:55 / 16 Noyabr 2026
82
19:47 / 16 Noyabr 2026
80
19:40 / 16 Noyabr 2026
97
19:28 / 16 Noyabr 2026
91
19:18 / 16 Noyabr 2026
105
19:09 / 16 Noyabr 2026
116
19:05 / 16 Noyabr 2026
102
18:58 / 16 Noyabr 2026
118
18:45 / 16 Noyabr 2026
114
18:41 / 16 Noyabr 2026
114
18:35 / 16 Noyabr 2026
181
18:23 / 16 Noyabr 2026
111
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.