Qaynar xətt:

(+99450) 247 90 86

Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq

Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq

CƏMİYYƏT

31

16.11.2026, 22:47

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Milli Məclisin plenar iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov ixracatçıların nəqliyyat xərclərinin 73 faizə qədər hissəsinin dövlət tərəfindən kompensasiya olunacağını bildirib.

Oxu24.com xəbər verir ki, nazir cari ildə qeyri-neft-qaz ixracının həcminin 3,6 milyard ABŞ dollarına çatdığını, həmin ixracın 61 faizini sənaye məhsullarının təşkil etdiyini və ilin yekununda qeyri-neft-qaz ixracının 4,2 milyard dolları ötəcəyinin gözlənildiyini diqqətə çatdırıb. M.Cabbarov ixracın coğrafiyasının genişləndirilməsi məqsədilə cari ildə İqtisadi Şurada razılaşdırılmış yeni dəstək tədbirləri paketinin qəbul edildiyini və onun tətbiqinə başlanıldığını qeyd edib.NOCOMMENT.az