25 iş günü, 11 min dollar maaş – Azərbaycanda iş elanı
16 Noyabr 2026, 19:18
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
37
16.11.2026, 19:40
Dövlətə məxsus “Aqrarkredit” QSC Bank Olmayan Kredit Təşkilatının (BOKT) Müşahidə Şurasının tərkibində dəyişiklik edilib.
Oxu24.com xəbər verir ki, Osman İsmayıl oğlu Xalıyevi Müşahidə Şurasının üzvü vəzifəsində Yasin Cəlil oğlu Cəlilov əvəz edib. Hazırda Müşahidə Şurasına Anar Kərimov sədrlik edir. Şuranın digər üzvü Gündüz Əliyevdir.
Yasin Cəlilov hazırda Azərbaycan Biznesinin İnkişafı Fondunun (ABİF) İdarə Heyəti sədrinin müavini və İdarə Heyətinin üzvüdür. O, 2025-ci ildə Fondun baş direktoru vəzifəsində çalışıb, 2026-cı ilin fevralında isə yenidən təşkil edilmiş qurumun İdarə Heyətinə təyin olunub. Cəlilov eyni zamanda 2026-cı ilin iyunundan Alman-Azərbaycan Xarici Ticarət Palatasının İdarə Heyətinin üzvüdür.
Yasin Cəlilovun bank və investisiya sektorunda təxminən 30 illik iş təcrübəsi var. O, 1996–2018-ci illərdə Azərbaycan Beynəlxalq Bankında müxtəlif vəzifələrdə, o cümlədən Korporativ Biznes Departamentinin direktoru kimi çalışıb. Daha sonra “Bank VTB Azərbaycan”da rəhbər vəzifələr tutub, 2022–2026-cı illərdə isə Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktorunun müavini olub. Cəlilov Böyük Britaniyanın Uorvik Universitetində biznesin idarə edilməsi üzrə MBA təhsili alıb.
“Aqrarkredit” QSC 2001-ci ildə yaradılıb və keçmiş Azərbaycan Səhmdar Kommersiya Aqrar-Sənaye Bankının hüquqi varisidir. Təşkilatın səhmlərinin 100 faizi dövlətə məxsusdur, səhmdar qismində isə Maliyyə Nazirliyi çıxış edir. BOKT əsasən regionlarda fəaliyyət göstərən sahibkarların, o cümlədən kənd təsərrüfatı subyektlərinin kreditləşdirilməsi ilə məşğuldur.
“Aqrarkredit” həmçinin Azərbaycan Beynəlxalq Bankının problemli aktivlərinin idarə edilməsi funksiyasını yerinə yetirir. Prezidentin 15 iyul 2015-ci il tarixli fərmanına əsasən, ABB-nin maliyyə vəziyyətinin sağlamlaşdırılması çərçivəsində problemli kreditlərin və digər aktivlərin bir hissəsi dövlətə məxsus bu təşkilata ötürülüb. BOKT həmin aktivlər üzrə borcların geri qaytarılması, girov təminatları və müvafiq tələb hüquqlarının idarə olunması istiqamətində fəaliyyət göstərir.Banker.az
19:28 / 16 Noyabr 2026
22
19:18 / 16 Noyabr 2026
59
19:09 / 16 Noyabr 2026
72
19:05 / 16 Noyabr 2026
65
18:58 / 16 Noyabr 2026
69
18:52 / 16 Noyabr 2026
82
18:45 / 16 Noyabr 2026
78
18:41 / 16 Noyabr 2026
81
18:35 / 16 Noyabr 2026
120
18:23 / 16 Noyabr 2026
83
18:17 / 16 Noyabr 2026
118
18:16 / 16 Noyabr 2026
80
18:05 / 16 Noyabr 2026
92
18:04 / 16 Noyabr 2026
92
17:55 / 16 Noyabr 2026
94
17:50 / 16 Noyabr 2026
396
17:47 / 16 Noyabr 2026
93
17:30 / 16 Noyabr 2026
102
17:26 / 16 Noyabr 2026
113
17:25 / 16 Noyabr 2026
99
17:25 / 16 Noyabr 2026
127
17:19 / 16 Noyabr 2026
111
17:12 / 16 Noyabr 2026
105
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.