Qaynar xətt:

(+99450) 247 90 86

Məzuniyyətdə olan şəxsi işdən çıxarmaq OLARMI?

Məzuniyyətdə olan şəxsi işdən çıxarmaq OLARMI?

HÜQUQ

58

16.11.2026, 18:35

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Məzuniyyətdə olduğunuz müddətdə işəgötürən sizi işdən çıxara bilərmi?

Mövzu ilə bağlı Oxu24.com-a  danışan vəkil Azər İbrahimov bildirib ki,Azərbaycan Respublikası Əmək Məcəlləsinin 111-ci maddəsinə əsasən, işçi məzuniyyətdə olduğu müddətdə onun iş yeri və vəzifəsi qorunur. Bu müddətdə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi yolverilməzdir.

 Yəni işəgötürən sizi məzuniyyətdə olduğunuz müddətdə öz təşəbbüsü ilə işdən çıxara bilməz.

Vəkil bildirib ki,məzuniyyətdən geri çağırılma isə ayrıca hüquqi prosedurdur. İşçinin razılığı olmadan məzuniyyətin dayandırılması qanuni deyil.

"Əmək hüquqlarınızı bilməyiniz vacibdir. Qanunsuz işdən çıxarılma ilə üzləşdiyiniz halda hüquqlarınızın müdafiəsi üçün hüquqi yardım ala bilərsiniz.",-deyə vəkil bildirib.

Jalə