Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda istifadə müddəti bitmiş məhsullar aşkarlanıb

Bakıda istifadə müddəti bitmiş məhsullar aşkarlanıb

CƏMİYYƏT

39

16.11.2026, 19:47

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AFSA) Bakı regional ofisinin əməkdaşları Daxili İşlər Nazirliyinin Suraxanı Rayon Polis İdarəsinin nümayəndələri ilə birlikdə Bakının Suraxanı rayonunun Hövsan kəndində yerləşən və "Malakanka" MMC-yə məxsus ət konservləşdirmə və emalı zavodunda yoxlama aparıblar.

Qida Təhlükəsizliyi Agentliyindən Oxu24.com-a verilən məlumata görə , müəssisədə aparılan yoxlama zamanı ət və digər xammalın sənədsiz olduğu, eləcə də istehsal sahəsində istifadə edilən qızartma yağı aşkar edilib.

Məhsulların emalının Bakıda aparıldığı müəyyən edilsə də, bəzi turşu və kolbasa növlərinin etiketlərində istehsal ünvanı kimi İsmayıllı rayonunun İvanovka kəndi göstərilir.

Bundan əlavə, müəssisədə istifadə müddəti bitmiş kolbasa və süd məhsulları, eləcə də tərkibi, istehsal tarixi, son istifadə tarixi və mənşəyi göstərilməyən müvafiq etiketləmə ilə müxtəlif növ turşular aşkar edilib.

Həmçinin zavodun yanındakı yarımçıq qalmış binada "Malakanka" ticarət nişanı altında süd məhsullarının təkrar istifadə üçün nəzərdə tutulmuş qablarda qanunsuz olaraq qablaşdırıldığı aşkar edilib.

Aşkarlanmış qanun pozuntularına görə sahibkara qarşı protokol tərtib edilib. Məhsullardan laboratoriya nümunələri götürülüb və onların dövriyyəsi qadağandır.

Müəssisənin fəaliyyətini dayandırmaqla yanaşı, saxlama müddəti bitmiş məhsulların məhv edilməsi və aşkar edilmiş pozuntular tamamilə aradan qaldırılana qədər onların fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib.