Qaynar xətt:

(+99450) 247 90 86

Sənəd olsa da, belə yerlərdə ev tikmək olmaz

Sənəd olsa da, belə yerlərdə ev tikmək olmaz

CƏMİYYƏT

36

16.11.2026, 21:24

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Fərdi yaşayış evi tikmək istəyən vətəndaşlar üçün torpağın təyinatı, tikinti sənədləri və qanuni prosedurlar mühüm əhəmiyyət daşıyır.

Vətəndaş öz torpağında fərdi yaşayış evi tikmək istəyirsə, haradan icazə almalıdır? Hansı sənədlər tələb olunur və hansı hallarda tikintiyə icazə, hansı hallarda məlumatlandırma icraatı tətbiq edilir?

 Oxu24.com xəbər verir ki, Demokrat.az-a   açıqlama verən əmlak eksperti Anar Nəsirov bildirib ki, hazırda fərdi yaşayış evlərinin tikintisi üçün müəyyən tələblər mövcuddur.

Sənəd olsa da, belə yerlərdə ev tikmək olmaz — Diqqət

Onun sözlərinə görə, yalnız çıxarışı olan və yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid sahələrdə fərdi yaşayış evi tikintisinə qanunvericiliyin müəyyən etdiyi qaydada icazə verilir:

"Yəni digər bələdiyyə sənədi və yaxud da digər kateqoriyalı torpaqlarda tikinti üçün icazə verilmir. Fərdi yaşayış evi tikmək üçün torpaq sahəsinin çıxarışı olmalı və sənəddə torpağın təyinatı yaşayış məntəqələrinin torpaqları kimi göstərilməlidir.

Əgər bu sənədlər varsa, vətəndaş lisenziya əsasında fəaliyyət göstərən memara və ya layihə şirkətinə müraciət edə bilər.

Düzdür, layihə çəkən həmin bu şirkətlər konkret olaraq qanunları bildikləri üçün vətəndaşı bu barədə bilgiləndirirlər ki, qonşu ilə aradakı məsafə nə qədər olmalıdır, hündürlük nə qədər olmalıdır, aşırımlar arasında məsafə nə qədər olmalıdır? Çünki bunlar bu işin peşəkarı olduğu üçün konkret olaraq qaydaları və qanunları bilirlər. Ona görə də həmin çəkdikləri layihələr konkret olaraq qayda və qanunlara əməl etməklə həmin layihələndirmə işləri aparılır.

Bu zaman, həmin evin layihəsi konkret olaraq həmin şirkət tərəfindən və yaxud da həmin vətəndaş tərəfindən bu işlə məşğul olan memar tərəfindən çəkildikdən sonra vətəndaş konkret olaraq onlara istəsə özü göndərə bilər təsdiq üçün, istəsə də həmin layihə çəkən şirkət vasitəsilə onlayn müraciət edərək həmin evin layihəsini müvafiq həmin rayonun müvafiq icra hakimiyyəti tərəfindən, baş memarı tərəfindən təsdiq olunduqdan sonra həmin layihənin tikintisini icra edə bilər.

Əgər belə olarsa, konkret olaraq həmin o rayon baş memarı torpaq əgər hansı rayondadırsa, həmin rayonun baş memarı bununla tanış olduqdan sonra burada əgər bir çatışmazlıq varsa və yaxud da hər hansı bir qayda pozuntusu varsa, konkret olaraq vətəndaşa vətəndaşa konkret olaraq öz iradını bildirir. Əgər belə bir şey yoxdursa, təsdiq edilir. Vətəndaş onlayn müraciət edibsə, burada hər hansı bir irad bildirilibsə, məsəl üçün, qonşu ilə olan məsafə və yaxud da ki, qayda pozuntusu varsa, konkret olaraq baş memar göndərdiyi cavab məktubunda bunu göstərməklə səhvin aradan qaldırılmasını və yenidən layihəni onlara göndərilməsini tələb edir. Bu zaman vətəndaş yenidən həmin memarlıq iş gördüyü memarlıq şirkətinə yaxınlaşaraq bu səhvin aradan qaldırılmasını və düzəldilməsini tələb edə bilər. Bu zaman əgər həmin göstərilmiş qayda pozuntusu ortadan qaldırılarsa, yəni hər hansı bir, qayda pozuntusu görünmədikdə, yenidən onlayn olaraq müraciət etməklə həmin layihəni təsdiq etdirə bilər.

Əgər layihə təsdiq edilərsə, bu zaman vətəndaş konkret olaraq öz işlərinə başlayıb, yəni evini layihə çərçivəsində layihədən kənara çıxmamaqla həmin evi tikə bilər. Ev tikilib bitdikdən sonra isə həmin əlində olan layihə ilə həmin evə konkret olaraq çıxarış, yəni kupça əldə edə bilər. Qiymətlərə isə bu məbləğlər rayondan-rayona dəyişir. Çıxarışın alınması üçün ödənilən dövlət rüsumu da əraziyə görə fərqlənə bilər. Hər çıxarışı olan torpaqda ev tikmək mümkün deyil. Vətəndaşlar torpaq alarkən konkret olaraq yaşayış məntəqəsinin torpaqları təyinatı olmalıdır, torpaqdakı özəl mülkiyyət olmalıdır, yəni torpaq hər hansı bir icarə müəssisə və yaxud da dövlətin balansında olmamalıdır. Digər tərəfdən isə yaşayış məntəqəsinin torpaqları, yəni konkret olaraq fərdi yaşayış evinin tikintisi ancaq yaşayış məntəqəsinin torpaqları kateqoriyasında olan torpaqlara icazə verilir. Əgər bunlar qaydasındadırsa, onda vətəndaş layihə üçün müraciət edə bilər. Amma təəssüflər olsun ki, insanların çox hissəsi çıxarış gördükdə konkret olaraq bunu almaq qərarına gəlir, amma əslində bu düzgün deyil. Torpağın hansı kateqoriyaya məxsus olduğunu çoxları bilmir. Bu da bəzən çox hallarda kənd təsərrüfatı və yaxud da digər kateqoriyada olan torpaqlara çıxarışı olan torpaqları alqı-satqı edirlər, daha sonra məlum olur ki, vətəndaş anlayır ki, məhz bu kateqoriyada olan torpaqlarda da ev tikmək mümkün deyil. Xəbərdarlıq etmək istərdim ki, ancaq fərdi yaşayış evinin tikintisi ancaq yaşayış məntəqəsinin torpaqlarında icazə verilir. Konkret olaraq əgər bu işi vətəndaşlar yaxşı bilsinlər ki, əgər belə bir addım atırlarsa, yəni təsdiq olunmamış layihəsi və yaxud da özbaşına tikilərlərsə, indi əvvəlcədən nisbətən qanunlar daha möhkəmləndirilib, bu zaman bunlar cərimə edilə bilər.

İkinci bir tərəfdən əgər konkret olaraq belə bir addım atarlarsa, burada həm onları cərimə gözləyə bilər, digər tərəfdən həmin tikintinin sökülməsi qərarı qəbul edilərək həmin bu tikinti sökülə bilər, bu zaman da vətəndaş maddi və mənəvi zərərə düşə bilər. Digər tərəfdən isə ən yaxşı halda bu evi tiksə də belə, bu evə qazın, suyun, işığın verilməsi 2023-cü il oktyabrın 1-dən qadağan edilib və bura nə qaz, nə su, nə işıq çəkdirə bilməz, digər tərəfdən isə bu evə də qeydiyyata düşmək mümkün deyil. Ona görə vətəndaşlara xəbərdarlıq etmək istəyərdim ki, sənədsiz və yaxud da bələdiyyə sənədi ilə ev tikmək olduqa riskli hesab edilə bilər, çünki siz hər an cərimə edilə bilirsiniz və yaxud da ki, özbaşına tikilərsinizsə, bu tikintinin sonradan sökülməsi sizin maddi və mənəvi oldukça böyük zərərlərə sala bilər. Buna görə tövsiyə etməzdim ki, konkret olaraq heç yəni konkret olunmuş, təsdiq olunmuş layihəsi olmadan torpağın çıxarışı olmadan çıxarışda yaşayış məntəqəsinin torpaqları yazılmamış bir yerlərdə özbaşına tikili aparsınlar".Demokrat.az