Azərbaycanda QAR YAĞIR
31 Oktyabr 2026, 11:10
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
44
04.11.2026, 19:55
Bayram günləri işçilərin istirahəti üçün nəzərdə tutulsa da, bəzi müəssisələrdə əmək fəaliyyəti adi qaydada davam edir.
Xüsusilə xidmət, ticarət və digər sahələrdə çalışan şəxslər bayram günlərində də iş başında olurlar. Belə hallarda işçilərin əmək hüquqlarının qorunması və gördükləri işə görə ödənişlərin düzgün hesablanması mühüm məsələlərdən biridir.
Bəs işəgötürən bayram günlərində işçiləri işləməyə məcbur edə bilərmi? Həmin günlərdə çalışan şəxslərə əlavə əməkhaqqı ödənilməlidirmi ?
Hüqüqşünas Ramil Süleymanov Sfera.az-a açıqlamasında deyib ki, işəgötürən işçinin razılığı ilə onun istirahət və bayram günlərində işlədilməsi ilə bağlı əmr qəbul edə bilər:
“İşçilərin istirahət günlərində, o cümlədən Nazirlər Kabinetinin qərarı ilə qeyri-iş günü hesab edilən bayram günlərində, eləcə də Ümumxalq Hüzn Günündə işə cəlb olunmasına Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 107-ci maddəsinə əsasən yol verilmir. Lakin müəyyən kateqoriyadan olan işlər var ki, həmin işlərin mütləq qaydada görülməsi zərurəti yaranır. Belə hallarda işəgötürən işçinin razılığı ilə onun istirahət və bayram günlərində işlədilməsi barədə qabaqcadan müvafiq əmr qəbul edir. Həmin əmr işçilərə təqdim edildikdən və onlar əmrlə tanış olduqdan sonra işə çıxmalarına icazə verilir”.
Hüquqşünas bildirib ki, bayram günlərində işçilərə mütləq qaydada əlavə ödəniş edilməlidir:
“Ancaq istirahət günlərində, iş günü hesab edilməyən bayram günlərində və Ümumxalq Hüzn Günündə işə cəlb olunan işçilərə mütləq qaydada əlavə ödəniş edilməlidir. Belə ki, işçi vaxtamuzd, yəni gündəlik və ya saatlıq tariflə işləyirsə, ona ikiqat məbləğdən aşağı olmayan əməkhaqqı ödənilməlidir. İşəmuzd ödəniş sistemində isə əməkhaqqı ikiqat işəmuzd qiymətindən aşağı olmamaq şərtilə hesablanmalıdır. Mütləq qaydada həmin işçilərin əməkhaqqında bu ödənişlər ayrıca qeyd olunmalıdır”.
20:13 / 04 Noyabr 2026
1
20:08 / 04 Noyabr 2026
62
19:57 / 04 Noyabr 2026
48
19:55 / 04 Noyabr 2026
122
19:25 / 04 Noyabr 2026
68
19:18 / 04 Noyabr 2026
1808
19:17 / 04 Noyabr 2026
54
19:00 / 04 Noyabr 2026
73
18:41 / 04 Noyabr 2026
917
18:41 / 04 Noyabr 2026
101
18:37 / 04 Noyabr 2026
165
18:35 / 04 Noyabr 2026
141
18:35 / 04 Noyabr 2026
3092
18:27 / 04 Noyabr 2026
95
18:21 / 04 Noyabr 2026
115
18:15 / 04 Noyabr 2026
83
18:14 / 04 Noyabr 2026
98
17:40 / 04 Noyabr 2026
107
17:13 / 04 Noyabr 2026
1034
17:12 / 04 Noyabr 2026
135
17:02 / 04 Noyabr 2026
281
16:58 / 04 Noyabr 2026
100
16:54 / 04 Noyabr 2026
227
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.