Azərbaycanda rus dilində təhsil alanlara VACİB XƏBƏR
16 Noyabr 2026, 20:54
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
45
16.11.2026, 21:01
Gələn ildən etibarən Vergi Məcəlləsində bir sıra dəyişikliklər nəzərdə tutulub. Bu ilin son günü həmçinin bir sıra güzəştlərin müddəti başa çatır. Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə edilən dəyişikliklər paketində bir sıra güzəştlərin müddətinin uzadılması da nəzərdə tutulur. Bununla belə, Vergi Məcəlləsinin 102.1.22-4 maddəsi üzrə güzəşt müddəti növbəti ildən başa çatır.
Oxu24.com xəbər verir ki, bu sözləri iqtisadçı alim, deputat Vüqar Bayramov qeyd edib.
O bildirib ki, paketdə bu güzəşt müddətinin artırılması nəzərdə tutulmayıb:
“Mövcud qanunvericiliyə əsasən, yerli bank və xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən fiziki şəxslərin hər bir bankda milli valyutada olan depozitlər üzrə hesablanan aylıq faiz gəlirlərinin 200 manatadək olan hissəsi və eləcə də milli valyutada olan depoziti 18 ay və daha artıq müddətə yerləşdirildikdə və depozitin məbləği 18 aydan tez olmayaraq ödənildikdə hesablanan faiz gəlirlərinin tam hissəsi gəlir vergisindən azaddır. Bu o deməkdir ki, növbəti ildən bir bankda milli valyutada olan depozitlər üzrə hesablanan aylıq faiz gəlirlərinin 200 manatdan çox olan hissəsi gəlir vergisinə cəlb olunacaq.
Deməli, 2026-i ildə bankda 18 ay və daha çox müddətə yerləşdirilən əmanətlər üzrə aylıq faizi gəliri 200 manatdan çox olduğu halda o gəlirlər növbəti ildən etibarən vergiyə cəlb ediləcək. Məsələn, hazırda bankda olan əmanətin aylıq gəliri 500 manatdırsa, yeni ildən etibarən onun 300 manatına gəlir vergisi tətbiq olunacaq.
Güzəştlər həm vətəndaşlarımızın gəlirlərinin reallığı, həm da banklarda əmanətlərin strukturunun dəyişdirilməsi baxımdan vacib idi. Hazırda bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 76.4 faizi və ya 41,8 milyard manat. Depozit portfelinin 57.4%-i hüquqi şəxslərin, 42.6%-i isə fiziki şəxslərin əmanətidir.
Fiziki şəxslərin əmanət portfelinin 64.7 faizi müddətli əmanətlərdən ibarətdir. Güzəştlər tətbiq olunandan bəri isə unikal əmanətçilərin sayı 106,7 mindən 226,1 minədək yüksəlib. Unikal müddətli əmanətçi sayı ilin əvvəlindən 16.4% artıb. Göründüyü kimi, 3 il öncə qəbul edilən güzəştlər bank sektorunda kreditlərin strukturunu əhəmiyyətli dərəcədə dəyişib. Təbii ki, burada digər faktorlar, o cümlədən Mərkəzi Bank tərəfindən aparılan sağlamlaşdırma tədbirləri və islahatların dərinləşməsi də xüsusi təsirlərə malikdir.
Bununla yanaşı, 2030-cu il üçün hədəf biznes kreditlərin payını daha artırmaqdır. Bunun üçün isə bankların uzunmüddətli depozitlərə ehtiyacı var. Bu həmçinin M0 aqreqatının payının azaldılması baxımdan vacibdir. Bu baxımdan, vergi güzəştləri qısa müddətli fiskal gəlirdən daha çox uzun müddətli iqtisadi gəlirə hesablanmalıdır. Digər tərəfdən, bu güzəştləri uzadılmasının iqtisadi səmərəsi fiskal effektindən daha çoxdur. Çünki hər milyard manatlıq əmanət üzrə orta hesabla 8 faiz divident gəliri və onun da 10 faiz gəlir vergisinə cəlbini nəzərə alsaq bu dəyişikliklər strateji məqsədlərə xidmət etməlidir.
Bunun üçün banklarda 18 ay və daha artıq müddətə yerləşdirilən əmanətlərin də daha 3 il müddətində gəlir vergisindən azad edilməsi məqsədəuyğun olardı. Yəni, əmanətlər ilə bağlı vergi güzəştlərin müddətinin gələn ildən etibarən daha 3 il müddətinə uzadılması arzuolunandır. Qeyd edək ki, bu təklifi komitə iclasında da təqdim etmişik. Güzəşt müddətinin uzadılması bank sektorunda aparılan islahatların vergi-fiskal siyasət ilə daha yaxından dəstəklənməsi və eləcə də depozit portfelində uzun müddətli öhdəliklərin payının artırılması baxımdan da vacibdir”.Axar.az
20:56 / 16 Noyabr 2026
48
20:54 / 16 Noyabr 2026
51
20:52 / 16 Noyabr 2026
123
20:46 / 16 Noyabr 2026
53
20:44 / 16 Noyabr 2026
144
20:34 / 16 Noyabr 2026
59
20:30 / 16 Noyabr 2026
56
20:19 / 16 Noyabr 2026
60
20:13 / 16 Noyabr 2026
120
20:07 / 16 Noyabr 2026
625
20:00 / 16 Noyabr 2026
112
19:55 / 16 Noyabr 2026
87
19:47 / 16 Noyabr 2026
85
19:40 / 16 Noyabr 2026
101
19:28 / 16 Noyabr 2026
97
19:18 / 16 Noyabr 2026
108
19:09 / 16 Noyabr 2026
119
19:05 / 16 Noyabr 2026
104
18:58 / 16 Noyabr 2026
119
18:45 / 16 Noyabr 2026
117
18:41 / 16 Noyabr 2026
115
18:35 / 16 Noyabr 2026
183
18:23 / 16 Noyabr 2026
113
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.