Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
1210
23.03.2020, 13:03
İtaliyada koronavirusa yoluxan xəstələrin ölüm səviyyəsinin yüksək olması əhalinin əksər hissəsinin yaşlı nəslin nümayəndələri olması və testin yalnız aşkar simptomları olan şəxslərdə aparılması ilə əlaqədardır.
Oxu24.com -un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə İtaliyanın “Corriere della Sera” qəzeti qeyd edib.
İtaliyada ölüm sayı Çindən, həmçinin İran və Cənubi Koreyanın birlikdə göstəricisindən yüksəkdir.
Gündəlik dərc edilən məlumatlara əsasən, İtaliyada ölüm nisbəti 9% (şimaldakı Lombardiya vilayətində 12%), Çində isə 3,8% (5,8% Uhanda, 0,7% isə ölkənin digər ərazilərində) təşkil edir.
“Corriere della Sera” qəzetinin qənaətincə, bu rəqəmlər həqiqi yoluxma dərəcəsinin miqyasını əks etdirmir, çünki epidemiyanın artması ilə İtaliya test aparılması strategiyasını dəyişdirdi. Fevralın 21-dən sonra Lombardiya vilayətinin balaca şəhəri Kodonioda ilk yoluxma hallarının aşkar edilməsinin ardınca yoluxmuş şəxslərlə təmasda olan hər kəs testdən keçirilirdi.
Lakin yoluxma sayının artması, eyni zamanda ləvazimat və heyətin çatışmamasına görə, yalnız daha aşkar və kifayət qədər ağır simptomlar müşahidə olunan insanlarda test aparılması barədə qərar qəbul edildi.
Həmçinin oxuyun
Nəhayət, nəşr qeyd edib ki, daha çox tənəffüs yollarına təsir edən bu xəstəlikdən ölüm sayının çox olması əhalinin ağ ciyərləri ilə bağlı ümumi vəziyyəti əks etdirir. Bununla əlaqədar, atmosferə atılan zərərli hissəciklərin miqdarının əhəmiyyətli dərəcədə yüksək olduğu İtaliyanın şimalında yerləşən böyük şəhərlərdə son illərdəki əlverişsiz ekoloji vəziyyət göstərilə bilər.
Bundan başqa, ekspertlər müəyyən ediblər ki, daha ağır vəziyyətlərdəki xəstələr tez-tez siqaret çəkənlərdir.
01:21 / 14 Dekabr 2025
6
00:52 / 14 Dekabr 2025
159
00:43 / 14 Dekabr 2025
19
00:04 / 14 Dekabr 2025
66
23:47 / 13 Dekabr 2025
604
23:44 / 13 Dekabr 2025
34
23:30 / 13 Dekabr 2025
46
22:45 / 13 Dekabr 2025
286
22:30 / 13 Dekabr 2025
92
22:28 / 13 Dekabr 2025
104
22:22 / 13 Dekabr 2025
111
22:11 / 13 Dekabr 2025
230
21:58 / 13 Dekabr 2025
387
21:34 / 13 Dekabr 2025
1001
21:21 / 13 Dekabr 2025
80
21:19 / 13 Dekabr 2025
105
21:15 / 13 Dekabr 2025
76
21:02 / 13 Dekabr 2025
71
20:49 / 13 Dekabr 2025
371
20:44 / 13 Dekabr 2025
91
20:36 / 13 Dekabr 2025
79
20:26 / 13 Dekabr 2025
76
20:01 / 13 Dekabr 2025
281
19:53 / 13 Dekabr 2025
96
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.