Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
1446
12.03.2020, 09:32
"Bizim böhran idarəetmə ilə bağlı kifayət qədər təcrübəmiz var. Digər tərəfdən, neftin qiymətinin yuxarı olduğu dövrlərdə strateji valyuta ehtiyatlarımız artırılıb. Bu gün təxminən 10 milyard dollar artım var. Bu, bizə belə situasiyalara təsir etmək üçün vasitələrə və alətlərə malik olmaq imkanı verir. Bu hadisələrdə şok xaricdən gəlir. Yəni, Azərbaycanda gedən iqtisadi, sosial və siyasi proseslərdən qaynaqlanmır”.
Oxu24.com xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə qlobal enerji bazarında vəziyyət və onun ölkə iqtisadiyyatına təsirinə dair müşavirədə bildirib.
Onun sözlərinə görə, dünya bazarında neftin qiymətinin qısa müddətdə kəskin aşağı düşməsi Azərbaycanın nə ticarət, nə də tədiyə balanslarına əhəmiyyətli təsir etməyib.
Baş Nazirin "Xarici valyuta satışı ilə bağlı hər hansı məhdudiyyətlər tətbiq olunurmu” və "Mənfi təsirləri neytrallaşdırmaq üçün hansı imkanlar var” suallarına cavab verən Elman Rüstəmov qeyd edib ki, bu cür hallarda valyuta hərraclarında, bazarda valyutaya ehtiyac artır. Bu tələbatı ödəmək üçün Mərkəzi Bank martın 10-da hərrac keçirib:
Həmçinin oxuyun
"Bu gün isə növbədənkənar hərrac keçirildi. Hər iki hərracda bazarın bütün tələbatını tam şəkildə ödədik. Həmçinin ölkəyə əvvəlcədən kifayət qədər nağd valyuta gətirilib və bankların nağd və qeyri-nağd valyutaya olan bütün tələbatları tam ödənilib. Eyni zamanda, tətbiq olunan bank rejimində də heç bir dəyişiklik edilməyib. Bankdaxili konvertasiya və ya bankların imkanları daxilində fiziki və hüquqi şəxslərin depozitlərinin konvertasiyası üçün heç bir məhdudiyyət yoxdur.
Bunlara baxmayaraq, biz banklarda növbələr müşahidə edirik. Qərara alınıb ki, bankların gündəlik iş rejimi bir saat uzadılsın. Əlavə olaraq, Mərkəzi Bank və maliyyə-bank sektoru birlikdə həm şənbə, həm də bazar günləri adi iş rejimində fəaliyyət göstərəcəklər. Ona görə də vətəndaşlarımız bu imkanlardan istifadə edərək istirahət günlərində də valyutadəyişmə məntəqələrində öz vəsaitlərini dəyişdirə bilərlər. Digər tərəfdən, hökumətin tapşırığı ilə biz bayram günlərində də iş rejimimizi planlaşdıracağıq və əgər lazım gələrsə, Mərkəzi Bank və bank sektoru fəaliyyət göstərəcəkdir”, - deyə Elman Rüstəmov vurğulayıb.
01:21 / 14 Dekabr 2025
102
00:52 / 14 Dekabr 2025
189
00:43 / 14 Dekabr 2025
65
00:04 / 14 Dekabr 2025
86
23:47 / 13 Dekabr 2025
654
23:44 / 13 Dekabr 2025
37
23:30 / 13 Dekabr 2025
49
22:45 / 13 Dekabr 2025
297
22:30 / 13 Dekabr 2025
93
22:28 / 13 Dekabr 2025
106
22:22 / 13 Dekabr 2025
116
22:11 / 13 Dekabr 2025
234
21:58 / 13 Dekabr 2025
389
21:34 / 13 Dekabr 2025
1028
21:21 / 13 Dekabr 2025
81
21:19 / 13 Dekabr 2025
108
21:15 / 13 Dekabr 2025
77
21:02 / 13 Dekabr 2025
72
20:49 / 13 Dekabr 2025
374
20:44 / 13 Dekabr 2025
93
20:36 / 13 Dekabr 2025
83
20:26 / 13 Dekabr 2025
78
20:01 / 13 Dekabr 2025
285
19:53 / 13 Dekabr 2025
97
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.