Xəzər dənizində naməlum varlıq görüldü - VİDEO
10 Noyabr 2026, 23:17
Qaynar xətt:
(+99450) 247 90 86
OXU24 TV
5534
03.05.2026, 11:33
Milli Onkologiya Mərkəzində baş vermiş dəhşətli partlayışı törədən 1988-ci il təvəllüdlü Mübariz Əliyevin görüntüləri yayılıb.
Oxu24.com xəbər verir ki, Mübariz Əliyev mərkəzin Şüa terapiyası şöbəsində çalışan həkim-radioloq Asif Nəsirlini qəsdən öldürmək məqsədilə partlayış törədib. Asif Nəsirli 2008-ci ildən həmin mərkəzdə radiasiya onkoloqu vəzifəsində çalışır və Mübariz Əliyevi müalicə edən həkim olub. Törədilən partlayış nəticəsində Mübariz Əliyev hadisə yerində ölüb, həkim Asif Nəsirli isə ağır yaralanıb.
Mübariz Əliyev onkoloji xəstəlikdən (düz bağırsaq xərçəngi) əziyyət çəkib və 2025-ci ilin oktyabr ayında müalicəsini başa vuraraq evə buraxılıb. Onun həkimi hədəf almasının dəqiq səbəbləri hazırda istintaq tərəfindən araşdırılır, lakin ilkin versiya kimi qisas və ya narazılıq ehtimalları nəzərdən keçirilir.
Faktla bağlı Baş Prokurorluq tərəfindən qəsdən adam öldürməyə cəhd və partlayıcı maddələrin qanunsuz dövriyyəsi maddələri ilə cinayət işi açılıb. Mübariz Əliyevin nə müharibə iştirakçısı, nə də müharibə əlili olmadığı, sadəcə 2006-2007-ci illərdə hərbi xidmət keçdiyi dəqiqləşdirilib. Həkim Asif Nəsirlinin beyin sapında qəlpə olduğu üçün vəziyyəti ağır olaraq qalır.
(Nocomment)
01:25 / 12 Noyabr 2026
90
00:55 / 12 Noyabr 2026
94
00:43 / 12 Noyabr 2026
98
00:35 / 12 Noyabr 2026
215
00:33 / 12 Noyabr 2026
99
00:27 / 12 Noyabr 2026
110
00:24 / 12 Noyabr 2026
120
00:19 / 12 Noyabr 2026
132
00:17 / 12 Noyabr 2026
178
00:11 / 12 Noyabr 2026
126
23:54 / 11 Noyabr 2026
110
23:52 / 11 Noyabr 2026
114
23:50 / 11 Noyabr 2026
137
23:45 / 11 Noyabr 2026
1031
23:28 / 11 Noyabr 2026
107
23:24 / 11 Noyabr 2026
116
23:18 / 11 Noyabr 2026
130
23:09 / 11 Noyabr 2026
129
23:03 / 11 Noyabr 2026
116
23:01 / 11 Noyabr 2026
140
22:55 / 11 Noyabr 2026
114
22:38 / 11 Noyabr 2026
180
22:31 / 11 Noyabr 2026
130
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.