Kür məcrasından çıxır - Təhlükəli anlar+Video
25 May 2026, 08:25
Qaynar xətt:
(+99450) 247 90 86
OXU24 TV
1037
16.10.2025, 11:03
Son günlər İsmayıllının Qalınçaq kənd sakinlərinin sosial şəbəkədə bir-birlərinin ünvanlarına səsləndirdikləri qeyri-etik fikirlər və iddialar gündəm olub.
Oxu24.com xəbər verir ki, Qərənfil adlı qadın bir qrup həmkəndlisinin onu məqsədli şəkildə narahat etdiyini, verdiyi pulları ala bilmədiyini, evindən və həyətindən oğurluq edildiyini deyib. O həmin şəxslərin narkotik vasitə istifadə etdiyini də iddia edib.
Onun danışıq tərzi, eləcə də səsləndirdiyi fikirlər bir çox sosial şəbəkə istifadəçiləri tərəfindən hazırlanan məzəli videoların mövzusuna çevrilib.
Məsələdə adı hallandırılan kənd sakinlərindən biri - Seymur Kərimov isə daha sonra video paylaşaraq barəsində deyilənlərin həqiqətə uyğun olmadığını söyləyib.
Həmçinin DİN-in Mətbuat xidmətinin Şəki Regional Bölməsindən bildirilib ki, iddialar təsdiqini tapmayıb.
Mövzu ilə bağlı APA TV həmin kənddən reportaj hazırlayıb. Məlum olub ki, 2021-ci ildə Qərənfil Osmanova Seymur Kərimovla ailə həyatı qurub və onlar qadının evində birgə yaşayıblar. Lakin bir qədər sonra münasibətləri pozulub və Qərənfil məlum videoları paylaşıb. O, müsahibəsində deyib ki, birgə yaşamağa başladıqları vaxtdan etibarən Seymur ona məxsus evdən oğurluq etməyə başlayıb.
S.Kərimov və qardaşı Elnur isə iddiaları təkzib ediblər. Onlar toyuq və ördəklərin Qərənfilin özü tərəfindən pay kimi verildiyini söyləyiblər.
Qalınçaq sakinləri isə baş verənlərdən utandıqlarını, kəndlərinin belə söz-söhbətlərlə məşhurlaşmasından məmnun olmadıqlarını deyiblər. Onların bəziləri Kərimovlar ailəsini sakit, bəziləri isə müalicəyə ehtiyacı olan şəxslər kimi səciyyələndiriblər.
Daha ətraflı süjetdə:
16:21 / 25 May 2026
1
15:35 / 25 May 2026
67
15:27 / 25 May 2026
74
15:06 / 25 May 2026
101
15:01 / 25 May 2026
81
14:55 / 25 May 2026
77
14:47 / 25 May 2026
192
14:42 / 25 May 2026
88
14:37 / 25 May 2026
58
14:25 / 25 May 2026
94
14:20 / 25 May 2026
913
14:05 / 25 May 2026
1002
14:02 / 25 May 2026
96
13:57 / 25 May 2026
92
13:54 / 25 May 2026
120
13:49 / 25 May 2026
748
13:46 / 25 May 2026
170
13:41 / 25 May 2026
70
13:38 / 25 May 2026
77
13:36 / 25 May 2026
83
13:31 / 25 May 2026
92
13:16 / 25 May 2026
68
13:10 / 25 May 2026
321
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.