Bakı metrosunda sərnişin qatarda ölüb
16 Noyabr 2026, 12:12
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
41
16.11.2026, 11:58
Milli Məclisin bugünkü plenar iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı çıxış edən parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov xarici borcun ümumi dövlət borcundakı payının 32 faiz təşkil etməsinə baxmayaraq, hökumət tərəfindən onun ortamüddətli perspektivdə mərhələli şəkildə azaldılması və daxili borcla əvəzlənməsi strategiyasının qətiyyətlə davam etdiriləcəyini bildirib.
Oxu24.com yenisabah-a istinadən xəbər verir ki, komitə sədri son illərdə dövlət maliyyəsinin idarə olunması sistemində mühüm müsbət addımların atıldığını və büdcə siyasətinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu diqqətə çatdıraraq, hazırda maliyyə intizamının gücləndirilməsi və fiskal dayanıqlılığın təmin edilməsi istiqamətində ardıcıl tədbirlərin görüldüyünü qeyd edib.
A.Əmiraslanov büdcə siyasətinin əsas hədəfinin maliyyə dayanıqlılığını qorumaqla yanaşı, dayanıqlı iqtisadi inkişafı təmin etmək olduğunu vurğulayaraq, makroiqtisadi sabitliyə yalnız fiskal, monetar və iqtisadi siyasətin uğurlu uzlaşdırılması ilə nail olmağın mümkün olduğunu bildirib.
Xarici borcun azaldılaraq daxili borcla əvəzlənməsi strategiyasını tam əsaslı hesab edən komitə sədri xarici borcun büdcəyə yükünün təkcə onun nominal həcmi və ümumi daxili məhsuldakı payı ilə deyil, həm də valyuta tərkibi, ödəmə müddətləri və borca xidmət xərcləri kimi mühüm amillərlə müəyyən olunduğunu diqqətə çatdırıb.
12:12 / 16 Noyabr 2026
2
12:08 / 16 Noyabr 2026
24
12:04 / 16 Noyabr 2026
133
12:03 / 16 Noyabr 2026
32
11:51 / 16 Noyabr 2026
84
11:44 / 16 Noyabr 2026
75
11:40 / 16 Noyabr 2026
59
11:33 / 16 Noyabr 2026
56
11:26 / 16 Noyabr 2026
84
11:20 / 16 Noyabr 2026
65
11:11 / 16 Noyabr 2026
68
11:06 / 16 Noyabr 2026
71
11:01 / 16 Noyabr 2026
71
10:57 / 16 Noyabr 2026
96
10:46 / 16 Noyabr 2026
73
10:41 / 16 Noyabr 2026
121
10:40 / 16 Noyabr 2026
108
10:37 / 16 Noyabr 2026
87
10:23 / 16 Noyabr 2026
95
10:04 / 16 Noyabr 2026
82
09:57 / 16 Noyabr 2026
121
09:47 / 16 Noyabr 2026
119
09:32 / 16 Noyabr 2026
90
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.