Deputat turisti zorladı
07 Fevral 2025, 19:06
Qaynar xətt:
(+99450) 247 90 86
ŞƏRHSİZ
3061
07.01.2020, 13:44
Tovuzda 10 yaşlı uşağın ölümü ilə bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırmalara başlayıb.
Oxu24.com APA-ya istinadla xəbər verir ki, bu gün Daxili İşlər Nazirliyinin, Baş Prokurorluğun, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin və Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin əməkdaşları meyit tapılan əraziyə baxış keçiriblər.
Hadisə yeri müayinə edilib və iş üçün zəruri olan bütün maddi sübutlar götürülüb.
Azyaşlının meyiti ərazidən götürülərək ekspertizaya göndərilib.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı xəbərə görə, Tovuz rayonunun Dondar Quşçu kəndində anadan olmuş 2010-cu il təvəllüdlü Quliyeva Nərmin Şərif qızının 21 noyabr 2019-cu il tarixdə itkin düşməsi ilə əlaqədar aparılmış araşdırmalarla onun qəsdən öldürülməsinə kifayət qədər əsaslar müəyyən edildiyindən Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Yanvarın 6-da azyaşlının Dondar Quşçu kəndi ərazisində yanmış meyitinin aşkar olunması ilə əlaqədar dərhal Daxili İşlər Nazirliyinin, Baş Prokurorluğun, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin və Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin təcrübəli əməkdaşları Tovuz rayonuna ezam olunublar.
Hazırda iş üzrə cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Həmçinin oxuyun




21:56 / 30 Yanvar 2026
11
21:56 / 30 Yanvar 2026
9
21:54 / 30 Yanvar 2026
34
21:52 / 30 Yanvar 2026
16
21:51 / 30 Yanvar 2026
13
21:50 / 30 Yanvar 2026
35
21:41 / 30 Yanvar 2026
22
21:37 / 30 Yanvar 2026
25
21:35 / 30 Yanvar 2026
21
21:23 / 30 Yanvar 2026
32
21:10 / 30 Yanvar 2026
32
21:00 / 30 Yanvar 2026
23
20:58 / 30 Yanvar 2026
68
20:49 / 30 Yanvar 2026
115
20:31 / 30 Yanvar 2026
65
20:10 / 30 Yanvar 2026
60
20:07 / 30 Yanvar 2026
1197
19:58 / 30 Yanvar 2026
242
19:43 / 30 Yanvar 2026
105
19:31 / 30 Yanvar 2026
182
19:20 / 30 Yanvar 2026
64
19:09 / 30 Yanvar 2026
86
19:05 / 30 Yanvar 2026
77
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.