Qaynar xətt:

(+99450) 247 90 86

“Space TV ​ çox səviyyəli kanaldır" - Ayaz Salayev

2020/02/18/1582010197_ayaz-salayev-youtube.00_01_08_13.still002.jpg

MÜSAHİBƏ

1240

18.02.2020, 11:14

“Hamıya məlumdur ki, televiziyanın 3 əsas funksiyası var - maarifləndirmək, əyləndirmək və ​ məlumatlandırmaq. Maarifləndirmək tərəfi bir çox kanallarda yoxdur, ancaq Space telekanalı bu baxımdan istisnadır. ​ Space telekanalında ​ maarifləndirici proqramlar var və bu kanalın ən mühüm cəhətidir”.

 

Bunu saytımıza müsahibəsinə tanınmış kinoşünas, əməkdar incəsənət xadimi​ Ayaz Salayev deyib. ​

Space telekanalının kino​ sənətinin​ təbliğinə də geniş ​ yer verdiyini deyən cənab Salayev​ bunun birbaşa ​ telekanala rəhbərlik​ edən görkəmli kinorejissor,​ Azərbaycan Respublikasının xalq artisti Vaqif Mustafayevin xidməti olduğunu vurğulayıb:

“Space TV ​ çox səviyyəli kanaldır. ​ Çünkü bu kanalın ​ başında əsl sənətkar dayanıb. Mən hər verlişə getmirəm. Amma bu kanalın efirində​ yayımlanan “El bizim, sirr bizim” verlişinə​ həmişə gəlirəm. Çünki son dərəcə səviyyəli bir verlişdir. ​ Heç bir kanalda bu cür problemlər qaldırılmır. Bu ​ verlişdə qaldırılan problemlər onu göstərir ki,​ Space telekanalı cəmiyyətin ən ağrılı, ən mühüm mövzularını görə bilir”.