Əli İsa Cabbarovdan qat-qat yaxşı işi bilənlər var — Əmir Pəhləvanla MÜSAHİBƏ
01 İyun 2026, 14:30
Qaynar xətt:
(+99450) 247 90 86
MÜSAHİBƏ
690
31.03.2026, 12:33
Azərbaycan kinosu deyəndə gözümüzün önündə canlanan o məğrur duruş, o nüfuzedici baxışlar və xarakterlərin fırtınası artıq bir xatirəyə çevrildi. Rasim Balayevin gedişi ilə sanki milli kinomuzun sonuncu simvollarından biri də tarixə qovuşdu. O, sadəcə rolları ifa etmirdi, o, obrazların ruhunu öz simasında yenidən yaradırdı. Bəzən bir kəlmə söz demədən, bircə baxışla tamaşaçıya bütöv bir taleyi nəql edə bilən nadir istedad sahiblərindən idi.
Oxu24.com-un əməkdaşı jurnalist Ramilə Qurbanlı ilə Rasim Balayev fenomeninin sirrinə işıq tutmağa çalışıb.
-Rasim Balayev obrazlarına necə yanaşırdı, onu digər aktyorlardan ayıran nə idi?
-Bir dəfə Ramiz Həsənoğlunun "Sübhün səfiri" filminin çəkilişləri idi, mən də çəkilişlərdən reportaj hazırlayırdım. Filmdə bir kadr var: İran səfiri ilə Mirzə Fətəlinin görüşü.
O səhnədə Rasim Balayev çox sözdən istifadə etmirdi. Sözdən çox mimikalarla, sifətinin ifadələri ilə danışırdı, gözləri ilə danışırdı.
Kadr o qədər uğurlu alındı, uğurla oynanıldı ki, Rasim müəllim ikinci kadrda artıq "stop" dedi, ikinci kadrı artıq götürürdü. Ramiz müəllim, birinci kadrı Rasim müəllimə sadəcə olaraq izah etdi ki, “Rasim, mənə bu lazımdır, mənə İran səfiri xiyarı götürüb yeyəndə sənin sifət ifadən lazımdır”.
Birinci kadrda bir kəlmə bunu dedi. İkinci kadrda Rasim müəllim artıq onu verdi.
Yəni o qədər peşəkar, o qədər işinin ustası idi ki, ona mizan verməyə ehtiyac da olmurdu.
Həmin kadrdan sonra mən Rasim müəllimə yaxınlaşdım - kadr çəkilib qurtarandan sonra. Dedim ki: "Rasim müəllim, bəlkə də sizə heç kim deməyib, bilmirəm, deyiblər mi ki, siz çox böyük aktyorsunuz?" O da belə gülümsədi, dedi ki: "İşimizdir də, işimiz budur yəni."
Həqiqətən də o obrazları yaratmaq, müxtəlif, müxtəlif xarakterli obrazları yaratmaq sanki o adamın sadəcə işi idi.
-Onun ən güclü rolu hansıdır və niyə məhz o?
-Düşünürəm ki, onun obrazlarını birini digərindən ayıra bilmərəm. Hərəsi öz xarakterinə görə, öz məziyyətinə görə fərqli obrazlardır və güclü obrazlardır. Deyə bilərəm ki, məsələn, Rasim Ocaqovun "Həm ziyarət, həm ticarət" filmində onun yaratdığı o obrazla bir anlıq, məsələn, Nəsimini və yaxud "Qatır Məmməd" filmində Əzizlə Babəki - yəni hansını müqayisəyə gətirmək olar ki? İstər mənfi, istər müsbət obrazları çox böyük məharətlə oynayırdı, yaradırdı. Çox böyük məharətlə.
Məsələn, Əziz obrazında ona nə qədər nifrət bəsləyirdinsə, Babəkdə o qədər sevirdin.
-Rasim Balayevin vəfatı Azərbaycan kinosu üçün nə deməkdir
-Azərbaycan kinosu onsuz da can üstədir. Bu saat çox ağır dönəmlərdən keçir. Bilmirəm keçəcəkmi, yoxsa elə o dönəmlərdə öləcəkmi?
Amma Rasim Balayevin vəfatı Azərbaycan kinosu üçün çox böyük itkidir. Azərbaycan kinosu, Azərbaycan mədəniyyəti çox böyük itki verdi.
Azərbaycan kinosunun, məsələn, simaları Həsən Məmmədov, Həsənağa Turabov, Ədil İsgəndərov, Məlik Dadaşov - onlarla bir sırada mən Rasim Balayevi hesab edirdim. Mən "Azərbaycan kinosu" deyəndə bu simalar gəlib dururdu gözümün önündə. Yəni onlardan qalan bir Rasim Balayev idi. Təsəvvür edin ki, Azərbaycan kinosu simasını itirdi…
Çimnaz Telmanqızı
01:04 / 10 İyun 2026
125
00:24 / 10 İyun 2026
156
00:01 / 10 İyun 2026
123
23:52 / 09 İyun 2026
148
23:36 / 09 İyun 2026
251
23:26 / 09 İyun 2026
129
23:23 / 09 İyun 2026
122
23:15 / 09 İyun 2026
121
23:09 / 09 İyun 2026
106
23:03 / 09 İyun 2026
170
22:59 / 09 İyun 2026
257
22:52 / 09 İyun 2026
447
22:41 / 09 İyun 2026
122
22:06 / 09 İyun 2026
126
21:47 / 09 İyun 2026
129
21:29 / 09 İyun 2026
160
21:23 / 09 İyun 2026
116
21:11 / 09 İyun 2026
153
21:01 / 09 İyun 2026
113
21:00 / 09 İyun 2026
122
20:40 / 09 İyun 2026
142
20:27 / 09 İyun 2026
137
20:10 / 09 İyun 2026
1278
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.