“Biz əmin idik ki, arxamızda güclü komandan, güclü sərkərdə dayanıb” - Qazi baş leytenantla MÜSAHİBƏ
08 Noyabr 2026, 09:03
Qaynar xətt:
(+99450) 247 90 86
MÜSAHİBƏ
131
08.11.2026, 17:27
Azərbaycan xalqı bu gün öz tarixinin ən şanlı, ən qürurverici səhifələrindən birini – 8 Noyabr Zəfər Gününü böyük təntənə və qürur hissi ilə qeyd edir. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu otuz ilə yaxın işğal altında qalan torpaqlarımızı azad edərək ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdi. Bu tarixi qələbə illər boyu qəlbimizdə gəzdirdiyimiz həsrətə son qoydu və hər bir azərbaycanlının başını uca etdi.
Bu tarixi gün münasibətilə Oxu24.com un əməkdaşı 44 günlük Vətən müharibəsi iştirakçısı Süleymanov Murman Elman oğlu ilə həmsöhbət olub. Döyüşçümüz keçdiyi çətin döyüş yolunu, Laçın, Qubadlı, Cəbrayıl və Füzuli istiqamətində yaşanan ağır anları bizimlə bölüşüb.
— Müharibəyə könüllü getdiniz, yoxsa səfərbərlik əsasında çağırıldınız? Cəbhəyə yola düşdüyünüz günü necə xatırlayırsınız?
— Sentyabr ayının 26-da N saylı hərbi hissədən yola düşdük. İlk olaraq Goranboyun Buzluq kəndi istiqamətinə hərəkət etdik. Orada bir müddət qaldıqdan sonra Füzuli istiqamətində döyüşlərə qoşulduq. Döyüşlərimiz Füzulidə davam etdi, daha sonra isə Cəbrayıl rayonu istiqamətinə yola düşdük.
— Döyüş zamanı ən ağır və çətin anınız hansı olub? Həmin vəziyyətdən necə çıxdınız?
— Ən ağır və çətin döyüş yolumuz Laçın istiqamətində oldu. Laçında çox ağır döyüşlərimiz keçdi, şəhidlərimiz oldu. Bizim üçün yaddan çıxmayan, ən keçilməz yol Laçın yolu idi. Orada yoldaşlarımız BMP-nin içində ermənilərin mühasirəsinə düşdülər, zirehli texnikanı vurdular və yoldaşlarımız hamısı neytral zonada qaldı. Qubadlı istiqamətində də eynilə ağır anlar yaşadıq, tağım komandirimiz snayperlə vurularaq şəhid oldu.
Cəbrayılda isə hava şəraitinin kəskinliyi bizi çox incidirdi; gecələr soyuq, gündüzlər isti olurdu, su tapa bilmirdik. Aclığa dözmək olur, amma susuzluq insanı taqətdən salır, çiynimizdə ağır zirehli jilet və silah, su tapmamaq çox çətin idi. Amma bütün bu çətinliklərə baxmayaraq döyüş tapşırıqlarını yerinə yetirdik.
— Döyüş yoldaşlarınızla bağlı yadınızda qalan hansı hadisələr var? Onlarla yaşadığınız ən yaddaqalan an nə olub?
— Döyüş yoldaşlarımdan Cəfər Osman, Şərifov Turan, Cəsarət kimi neçə-neçə igidlərimiz Vətən uğrunda şəhid oldular. Döyüş yolunda yaşanan kəşməkeşlər, dağ-dərə, soyuq, isti — bunların heç biri unudulmur və heç vaxt unutmayacağıq. Danışılası şeylər çoxdur...
— Nə qədər müddət döyüşdə iştirak etdiniz? Hansı bölgədəydiniz?
— Sentyabrın 26-dan müharibənin sonuna qədər ön cəbhədə olmuşam. Goranboyun Buzluq kəndi, Füzuli, Cəbrayıl, Qubadlı və Laçın koridoru istiqamətində olan ərazilərdə döyüş tapşırıqlarını icra etmişik.
— Müharibənin son gününü və qələbə xəbərini necə xatırlayırsınız?
— Noyabrın 7-də bizi Laçın istiqamətindəki mövqelərdən rotasiya edib bir qədər aşağıya düşürdülər. Noyabrın 8-də artıq döyüşlər dayandı və Zəfər xəbərini aldıq. Bütün torpaqlarımız — Cəbrayıl, Qubadlı, Laçın, Füzuli, Ağdam, Ağdərə, Suqovuşan düşmən tapdağından azad olundu, ərazi bütövlüyümüz bərpa edildi. Zəfərimizi qazandıq.
— Hansı medallarla təltif olunmusunuz?
— Mən döyüşlərdə göstərdiyim şücaətə görə "Laçının azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları və "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif olunmuşam.
— Son olaraq nə demək istərdiniz?
— Biz bu zəfəri şəhidlərimizin, qazilərimizin, veteranlarımızın canı bahasını əldə etdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin, şəhid və qazi ailələrinə cansağlığı və səbir bəxş etsin.
Beləliklə, qəhramanımızın danışdıqlarında təkcə müharibənin ağır xatirələri deyil, həm də döyüş yoldaşlarına duyulan dərin ehtiram hiss olunurdu. Bəzi hadisələri danışarkən sözləri kifayət etmirdi. Çünki elə xatirələr var ki, onları sözlə ifadə etmək çətindir. Zəfərimizin arxasında dayanan qəhrəmanların fədakarlığı isə heç vaxt unudulmamalıdır.
Çünki Zəfər bir tarixdir, o tarixi yazanlar isə heç vaxt unudulmamalıdır!
Müsahibəni apardı: Çimnaz Telmanqızı
17:43 / 08 Noyabr 2026
18
17:41 / 08 Noyabr 2026
26
17:23 / 08 Noyabr 2026
73
17:20 / 08 Noyabr 2026
461
17:18 / 08 Noyabr 2026
58
17:14 / 08 Noyabr 2026
74
16:34 / 08 Noyabr 2026
1570
16:25 / 08 Noyabr 2026
87
16:12 / 08 Noyabr 2026
173
16:06 / 08 Noyabr 2026
194
15:17 / 08 Noyabr 2026
165
15:13 / 08 Noyabr 2026
741
14:59 / 08 Noyabr 2026
136
14:54 / 08 Noyabr 2026
139
14:49 / 08 Noyabr 2026
135
14:44 / 08 Noyabr 2026
288
14:31 / 08 Noyabr 2026
138
13:45 / 08 Noyabr 2026
335
13:35 / 08 Noyabr 2026
809
13:21 / 08 Noyabr 2026
169
13:16 / 08 Noyabr 2026
169
13:06 / 08 Noyabr 2026
157
12:47 / 08 Noyabr 2026
1097
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.