Zülfüqar Hüseynzadənin yadigarı "Moderator.az" 14 YAŞINDA - MÜSAHİBƏ
01 Noyabr 2026, 19:50
Qaynar xətt:
(+99450) 247 90 86
MÜSAHİBƏ
409
07.11.2026, 13:03
2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinə təkcə torpaqların işğaldan azad olunması ilə deyil, minlərlə qəhrəmanın adı ilə də həkk olundu. Bu qəhrəmanların hər birinin arxasında ayrıca bir həyat hekayəsi, ailə, arzu və əzm dayanır. Onlardan biri də ehtiyatda olan baş leytenant Elnur Rizvan oğlu Xəlilovdur.
Döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev Elnur Xəlilovu “Cəsur döyüşçü”, “Vətən müharibəsi iştirakçısı” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edib. Döyüş meydanında özünü sözün əsl mənasında cəsur döyüşçü kimi göstərən zabit, “Cəsur döyüşçü” medalının adının haqqını verib.Göstərdiyi xidmətlərə görə dövlət tərəfindən mənzil və avtomobillə təmin olunub.
Zabit kimi ordu sıralarında xidmət edən Elnur Xəlilov müharibə xəbərini eşidən kimi bir an belə tərəddüd etməyib. İllərdir işğal altında qalan torpaqların azadlığı üçün əlindən gələni edəcəyinə and içib və cəbhəyə yollanıb. Ailəsi onun ön xətdə döyüşdüyünü yalnız yaralandıqdan sonra öyrənib. Suqovuşan və Talış istiqamətində gedən qanlı döyüşlərdə iştirak edən baş leytenant oktyabrın 2-dən 3-nə keçən gecəni dünən kimi xatırlayır. Məhz həmin gecə Talış kəndi və Suqovuşan torpaqları 30 ildən artıq davam edən işğaldan azad olunub. Lakin bu qələbənin ağır tərəfi də olub: döyüş yoldaşları Quliyev Həsən İbrahim oğlu və Məhmədov Vidadi Etibar oğlu şəhidlik zirvəsinə ucalıb, özü isə ağır yaralanaraq bir ayağını itirib.
Qələbəni xəstəxana çarpayısında qarşılasa da, o, bu gün də qürurla deyir ki, vətən üçün nəsə edə bildi. Söhbətimizdə Elnur Xəlilov ailəsinin onun ön xətdə olduğundan nə üçün xəbərsiz qaldığını, döyüş meydanının ən çətin məqamlarını, şəhid dostlarının xatirəsini, müharibənin insanın həyata baxışını necə dəyişdiyini və gənc nəslə ünvanladığı vəsiyyətini bölüşdü.
Oxu24.com qəhrəman döyüşçü ilə müsahibəni təqdim edir:
– Səfərbərlik xəbərini eşidəndə hansı hissləri keçirdiniz? Ailənizin reaksiyası necə oldu?
– Mən hərbiçiyəm, zabit kimi ordu sıralarında xidmət etmişəm. Müharibə xəbərini eşidəndə çox sevindim. İllərdir işğal altında olan torpaqlarımızın azadlığı üçün əlimdən gələni edəcəyimə and içdim. Ailəm ön xətdə olduğumdan xəbərsiz idi. Məlumatı yaralandıqdan sonra öyrəndilər.
– Suqovuşan və Talış istiqamətində döyüşlər necə keçdi?
– Döyüşlərin gedişində ilk növbədə komandirlərimizin verdiyi tapşırıqlar və hərəkətliliyimiz ən vacib məsələ idi. Oktyabrın 2-dən 3-nə keçən gecəni dünən kimi xatırlayıram. O gecə ordumuz üçün ən əlverişli məqamlardan biri oldu. Məhz həmin gecə Talış kəndi və Suqovuşan torpaqları işğaldan azad olunaraq ordumuzun nəzarəti altına keçdi.
– Ən çətin məqamlar hansılar idi?
– Birinci növbədə, itkilərimiz. İkincisi, bəzən sursat çatışmazlığı yaranırdı. Amma ordumuzun qüdrəti buna tab gətirirdi və sursat ehtiyatımızı yenidən bərpa edə bilirdik. Çətinliklər bunlar idi, lakin biz yolumuzdan dönmədik. Çünki Ali Baş Komandanın tapşırığı işğal altındakı torpaqlarımızın azad olunması idi.
– Düşmənin müqaviməti necə idi?
– Düşmən bizimlə qarşı-qarşıya döyüşə bilmədiyi üçün hər zaman bizi pusquya salmağa çalışırdı. Lakin kəşfiyyat və əks-kəşfiyyat qruplarımız onların bu cəhdlərini zərərsizləşdirirdi. Düşmən döyüş bölmələrimizdən heç birini pusquya sala bilmədi.
– Bu döyüşlərdə yaxın dostlarınızı itirmisiniz. Bu barədə danışa bilərsinizmi?
– Dostum Quliyev Həsən İbrahim oğlu bu döyüşlərdə şəhid oldu. Onun yoxluğu mənim üçün çox çətindir, bununla barışmaq asan deyil, amma barışmağa çalışıram. Ondan sonra düşmənə qarşı nifrətim daha da artdı. Məhmədov Vidadi Etibar oğlu da yanımda şəhid oldu. Amma nə xoşdur ki, 30 ildən artıq işğal altında qalan torpaqlarımızın azad olunmasında iştirak etmişik. Bu gün sağlamlığımı itirsəm də, vətən üçün nəsə edə bildiyimə görə qürur duyuram.
– Ordumuzun ardıcıl uğurları döyüş ruhunuza necə təsir edirdi?
– Ordumuzun bu qədər nailiyyət əldə etməsi, əlbəttə, qürurverici haldır. Döyüş ruhumuzun alovlanmasında əsas amil xalqımızın bizə dəstək olduğuna əmin olmağımız idi.
– 44 günlük müharibənin Qələbəsini hansı hisslərlə qarşıladınız?
– Qələbəni yataq vəziyyətində qarşıladım. O an çox sevincli idi. Canımda nə qədər ağrı, bədənimdə nə qədər xəsarət olsa da, ordumuzun artıq son nöqtəni qoymasına çox sevindim. Düzdür, çox istərdim ki, torpaqlarımız işğaldan azad olunan son günədək orada olum, silahdaşlarımla çiyin-çiyinə vuruşum. Amma qismət elə gətirdi ki, yaralandım və bir ayağımı itirdim.
– Ali Baş Komandanın çıxışları cəbhədə döyüşən hərbçilərə necə təsir göstərirdi?
– Cənab Ali Baş Komandanın çıxışları hər bir zabit və əsgərdə xüsusi döyüş ruhu yaradırdı. Biz əmin idik ki, arxamızda güclü komandan, güclü sərkərdə dayanıb. Ona görə də heç bir çətinliyə məhəl qoymadan yolumuza davam edirdik.
– Müharibədən sonra mülki həyata qayıtmaq sizin üçün çətin oldumu?
– Xeyr, o qədər də çətin olmadı. Çünki ən əsası, torpaqlarımızın azad olunmasının sevinci idi.
– Müharibə insanın həyata baxışını necə dəyişir?
– Müharibə insanın həyata baxışını, əlbəttə, dəyişir. Daha ağır şeylərlə üzləşməyə hazır olursan. Bunların başlıcası isə həlak olmuş şəxsin cansız bədənini görməkdir. Buna alışmaq, bunu tam normal qəbul etmək çətindir.
– Bu gün döyüş günlərini xatırlayanda ilk olaraq nə gözünüzün önünə gəlir?
– Atasız qalan körpələr gözümün önünə gəlir. Çünki onların artıq seçimi yoxdur, atalarına bir daha qovuşmayacaqlar. Amma biz onların atalarının qardaşları, əmiləri, dayıları olaraq daim yanlarında olmağa hazırıq.
– Şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğını necə qiymətləndirirsiniz?
– Başda Ali Baş Komandan və Mehriban xanım Əliyeva olmaqla, dövlətimizin müharibə əlillərinə, qazilərə və şəhid ailələrinə göstərdiyi diqqət və qayğı təqdirəlayiqdir. Biz bu gün göstərilən diqqətdən çox razıyıq. Sosial təminat məsələlərimizin vaxtında və operativ araşdırılıb həllini tapması, sağlamlığımıza göstərilən dövlət qayğısı dövlətimizin prioritet istiqamətlərindən biridir.
– Gənclərə, xüsusilə gələcək nəsillərə Vətən, torpaq və dövlətçilik haqqında nə demək istərdiniz?
– Daim Vətəni sevin. Çünki Vətəni sevən insan hər zaman yaxşı yaşayacaq, mərd yaşayacaq və mərd kimi xatırlanacaq.
Həmçinin oxuyun
15:23 / 07 Noyabr 2026
156
15:17 / 07 Noyabr 2026
52
15:02 / 07 Noyabr 2026
146
14:52 / 07 Noyabr 2026
401
14:47 / 07 Noyabr 2026
105
14:41 / 07 Noyabr 2026
170
14:36 / 07 Noyabr 2026
88
14:18 / 07 Noyabr 2026
146
13:57 / 07 Noyabr 2026
373
13:41 / 07 Noyabr 2026
830
13:27 / 07 Noyabr 2026
351
13:12 / 07 Noyabr 2026
115
12:49 / 07 Noyabr 2026
117
12:45 / 07 Noyabr 2026
128
12:45 / 07 Noyabr 2026
152
12:36 / 07 Noyabr 2026
340
12:23 / 07 Noyabr 2026
128
12:16 / 07 Noyabr 2026
723
11:58 / 07 Noyabr 2026
342
11:53 / 07 Noyabr 2026
510
11:45 / 07 Noyabr 2026
143
11:35 / 07 Noyabr 2026
150
11:21 / 07 Noyabr 2026
124
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.