Qusman İlham Əliyevdən nə soruşmuşdu? - Video
25 İyul 2025, 11:00
Qaynar xətt:
(+99450) 247 90 86MÜSAHİBƏ
19193
26.02.2025, 14:21
Birinci Qarabağ Müharibəsinin canlı şahidlərindən olan keçmiş döyüşçü,Qarabağın Həcəri kimi tanınan Sabirə Mahmudova Xocalı Soyqırımı ərəfəsində baş verən hadisələrlə bağlı xatirələrini bölüşüb.
Oxu24.com həmin acılı günlərlə bağlı keçmiş döyüşçünün xatirələrini təqdim edir:
Qərərgahda könüllü adamlar öz koməklərini göstərirdilər.Musiqi məktəbinin müəllimi Ələkbər öz Jiquli maşınıyla hər vaxt o sazaqlı havada binanın qarşısındaydı. Seyyid Lazım Ağanın qardaşı oğlu Nəcəf də taksisiylə təmənnasız xidmət göstərirdilər. Qərərgah yerləşən binadakı bufet də demək olar ki,boş idi.Bir stəkan çayı güclə tapardın orda. Gunasırı maşınla Qatır Məmmədin (Yaqub Rzayevin)evinə dəyərdim. Arvadı Səbadan qapıda bağlanmış inəkdən bir stəkan süd sağmasını istərdim,çiy içərdim. Hərdən Qatır bunu görəndə deyərdi ki,qorxma biz qonağımıza zəhər vermərik,çıx evdə çörək ye. Bəzən sözünü yerə salmazdım və bu ailə mənə o qədər doğma idi ki…Bu haqda yeri gəldikcə danışacam...
Bəli,fevralın 22- də Tamerlan Qarayevin Ayaz Mütəllibova vurduğu geniş məzmunlu teleqramın sürətini onun atasının yaratdığı Müdafiə Komitəsində masasından götürdüm.
Xocalının ağır vəziyyətini çatdıran Qarayev axırda yazmışdı: " Xocalı gedərsə,bu Sizin hakimiyyətinizin sonu olar."
Qarayev neçə günlər idi ki,artıq fevralın 5- də ələ keçirilmiş Muradbəyli hərbi hissəsində otururdu. Bir gün mən ordaykən Bərdənin icra müavini ,yaxınım olan Rəhilə İsmayıllı onun yanına gəldi,tələbə yoldaşı olmuşdular. Rəhilə xanım xəbər verdi ki,neçə gündən bəri Bərdənin dəmir yolunda Bakıdan göndərilmiş 4 ədəd T-72 tank orda sizi gözləyir.(Bu texnikaları Mütəllibovun yaxın adamı,Bakı şəhər icra başçısı Rüfət Ağayev ruslardan gətizdirirdi)
O dəqiqə Tamerlan bəy kabinetində göstəriş verdi ki,gedin gətirin.
Bədbəxtlikdən,o tanklar da 2 qrad qurğusunun getdikləri yollara yönəlmişdilər...
Xocalı da nalə çəkirdi.Ratsiyadan eşitmişdim ki, yaralanmış mərhum komandir Milli qəhrəman Aqil Əliyevi lampa işığında əməliyyat ediblər.
Artıq xeyli vaxt idi ki,Xocalı prokuroru Atakişi Atakişiyev gündəlik qərərgaha gəlirdi,Xocalıya vertalyot verəcəklərini gözləyirdi ki,ora qayıtsın.Gəncəylə Ağdam yollarında qalmısdı.Hər gün də o kişini danlayırdım ki,o vəziyyətdə camaatı nahaq qoyub getmişdin Bakıya. Adam,çağrılıbmıs Baş Prokurorluğa…
Dağlıq Qarabağ qaçqınlarının bəzilərinin əllərində Heydər Əliyevin portreti var idi.Yadımdadır,əynində "yolocnu" palto,tellərini yana daramıs,hündür boylu bir cavan tələb edirdi ki,onların istəyini Bakıya çatdırsınlar. Onda,prezidentin səlahiyyətli nümayəndəsi Musa Məmmədov mənə tapşırıq verdi ki,həmin adamların istəklərini Ağdam poçt binasından pasport nömrələriylə Ali Sovetə teleqramlar vurdurum. Poçt binası da mərmidən salamat qalan hissəsində işləyirdilər və biz bunu etdik.(Sonralar öyrəndim ki,Musa Məmmədovla Arif Rəhimzadə yeznə-qayındırlar.)
Onu da deyim ki,Musa müəllim axıradək bacardığını edirdi.Hətta dövlət telefonundan bütün hakimiyyət orqanlarına öz adımdan vəziyyəti çatdımağıma şərait yaradırdı. Fevralın 20-dək iki dəfə də Bakıya getdi, Xocalını xilas etdirməyə,amma boş dönmüşdü…
Ayaz Mütəllibov iki müşavirini Ağdama təhkim etmişdi.Adil Hacıyev və Abbas Abbasov…
Adil Hacıyev qərərgahdan çölə ancaq çörək yeməyə gedərdi.Abbas Abbasov isə o vaxt Gəncə polis rəisi -sabiq Bas prokuror Eldar Həsənovla elə olurdu ki,gündə 2 dəfə Gəncəyə gedib qayıdırdılar.Xocalıya yol arayırdılar. Artıq Qaradağlı faciəsi baş vermişdi.
Bu şəxslər Gəncə diviziyasının komandiri Budeykinlə razılaşmış 13 ağır texnika Ağdama gəlməli,Xocalının əhalisinin çıxarmalıydılar. 366 -çi motoatıcı polk da Budeykinin tabeçiliyində olsa da, polkun tərkibindəki ohonyanlar rus zabitlərinin əksəriyyətini satın almışdılar. Bu tanklar Goranboydan Tərtər istiqamətində yönələndə Dördyol deyilən yollarda başqa dəstələr tərəfindən qarşıları kəsilmiş, tankların bir neçəsi geri dönmüşdür. Ağdama çatan 5 tank isə batalyonlar arasında bölüşdürülmüşdü.
Həmçinin oxuyun
Başıpozuqluq nəticəsində dəfələrlə Əsgəran əməliyyatı necə alınmamışdısa ,bu dəfə də elə olmuşdu.
Fevralın 20 -si Bakıya getdim. O müddətə qədər Mütəllibovun köməkçisi Gürşad Zərbəliyev gündə neçə dəfə zəng etsəm də, hər zəngimə “ay can” deyirdisə də,vəziyyəti çatdırdığını deyirdisə də, artıq inamım qalmamışdı. KQB sədriylə görüşməyə gedəcəkdim,ordakı vəziyyətin ağırlığından xəbərdar edəcəkdim.
Dövlət Təhlükəsizliyi Naziri İlhuseyn Hüseynov idi.Onun oğlu Arif Hüseynov Xətai rayon prokuroru idi, Ağdama tez-tez baş çəkirdi.
Prokurorun yanına getdim və atasından qəbul etməsini istədim. Əslində o vaxt indiki kimi deyildi,mən Namiq Abbasovla da 2 dəfə həyatıma təhlükəyə bağlı görüşmüşdüm və heç 10 dəqiqə də gözləmədən.
Bəli,binaya getdim və nazir məni yüksək səviyyədə qəbul etdi,dinlədi. Divardakı xəritənin qabağına keçərək əlindəki çubuqla Xocalını dairəyə aldı.Dedi ki,"dağ cığırları ilə olsa da Xocalını çıxarmalıyıq.Biz Ermənistandan qalxan təyyarələrin Xocalı aeroportuna enməsinə icazə verəmmərik."
Nazir mənə SNQ nin hərbi geyimlərini,çəkmələrini və Nizami Gəncəvinin "Xəmsə" kitabını yazaraq hədiyyə etdi və mən Ağdama döndüm.
Amma,Xocalı şəhid oldu,aeroportu da erməniyə qaldı,Ermənistandan qalxan təyyarə də ora oturdu.Və soyqırım gecəsi mərhum Milli qəhrəman Xocalı aeroport rəisi Əlif Hacıyev aeroportun uçus zolağını partlatmağa imkan tapmadı..Xocalı aeroportunda kiçik tutumlu Yak-40 təyyarələri qəbul edilirdi...
Mən Ağdama döndüm və ətrafımdakı xocalılara nazirin dediklərini çatdıdım.Bu adamlar aylardan bəri uçaq olmadığından Xocalıya dönə bilməyənlər idi və içlərində analar da vardı.Birisi məni dönə-dönə bağrına basırdı.
Xocalı şəhid olan günlərin birində həmin ana üstümə yeriyərək onlara yalan deyib arxayın saldığımı dedi və üzümə bərk bir sillə vurdu.Sonrasa ağu deyib məni bağrına basdı. Həmin ananın sifətimən vurduğu şillə mənim qəlbimi illərlə yandırırdı: axı mənim günahım nəydi?...
Ardı var...
Miri Məcidli
16:18 / 03 Avqust 2025
“Sea Breeze”dəki kazinoya onlar buraxılmayacaq! - Ağalarov açıqladı
1
14:27 / 03 Avqust 2025
Elçin Əfəndiyev dünyasını dəyişdi
27
13:19 / 03 Avqust 2025
Bakı metrosunda gənc qızla oğlandan BİABIRÇI hərəkət - VİDEO
46
12:55 / 03 Avqust 2025
Azərbaycanda ata 5 yaşlı qızına “Lamborghini” ALDI - VİDEO
58
12:25 / 03 Avqust 2025
Messi zədələndi
39
12:01 / 03 Avqust 2025
Sənədsiz evi olanların NƏZƏRİNƏ: hara müraciət edilmədir?
45
11:01 / 03 Avqust 2025
Rusiyada sunami xəbərdarlığı edildi
150
10:02 / 03 Avqust 2025
Şəhid atası vəfat etdi
65
23:40 / 02 Avqust 2025
21 yaşlı qızı maşın vurub öldürdü
91
23:22 / 02 Avqust 2025
Bu saatlarda qarpız yemək olmaz
118
23:03 / 02 Avqust 2025
"İmtahanlar saxtalaşdırıldı, övladımın haqqı tapdalandı"
108
21:45 / 02 Avqust 2025
Azərbaycanda tur rəhbəri dağlıq ərazidə yıxılıb öldü - FOTO
101
20:08 / 02 Avqust 2025
“Formula 1”ə hazırlıq məqsədilə marşallar üçün təlimlər keçirilib - FOTO
104
19:20 / 02 Avqust 2025
ChatGPT sayəsində 1 aya 20 minlik borcunu bağladı
101
19:03 / 02 Avqust 2025
Kür çayında 16 yaşlı yeniyetmə boğuldu
109
18:43 / 02 Avqust 2025
Cəlilabadda ağır qəzada ölən müəllim imiş - FOTO
139
18:00 / 02 Avqust 2025
Sexdə faciə - Təkər partladı, öldü - VİDEO
111
17:32 / 02 Avqust 2025
Azərbaycanlı gənc Serbiyada faciəvi şəkildə öldü
256
16:55 / 02 Avqust 2025
Tramp: “ABŞ Rusiya ilə nüvə müharibəsinə tam hazırdır”
114
15:26 / 02 Avqust 2025
Yekaterinburqda Azərbaycan bazarı söküldü - FOTO
103
12:11 / 02 Avqust 2025
Hava necə olacaq?
171
12:07 / 02 Avqust 2025
Sürücü sükan arxasında öldü, maşın qəzaya düşdü - Foto
206
11:53 / 02 Avqust 2025
Aktrisamız VƏFAT ETDİ
2456
10:00 / 02 Avqust 2025
40 dərəcə istidə niyə çay içirik?
159
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.