Tbilisidəki partlayış nəticəsində ölənlərin sayı beşə çatıb
19 Noyabr 2026, 22:01
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
43
19.11.2026, 21:51
Mən istəyirəm ki, üzərində çalışdığım opera, balet, simfoniya və sonata qədim və Təmiz Türk dilində olsun, yəni alınma sözlərə yer verilməsin. İkinci məsələ isə yalnız milli alətlərdən istifadə edilsin. Milli musiqimiz muğam və aşıq musiqisinin çalarları geniş tətbiq olunsun. Balet isə milli rəqs nümunələri ilə zənginləşsin.
Musiqişünaslıq terminlərinin və izahlarının Təmiz və Saf Azərbaycan Dilinə keçirilməsini təklif edərdim:
• Romans (Musiqili şeir): İRLİKLİ YIR
• Ballada (Hekayəvari musiqi): ANLATMALI KÜY
• Not (Musiqi işarəsi): SƏS BİTİYİ
• Partitura (Bütün orkestr notu): ULU DÜZÜM
• Solo (Tək alət ifası): TƏKLƏŞ
• Trio / Kvartet: ÜÇLÜK / DÖRDLÜK
• Crescendo (Səsin tədricən ucalması): GÜCLƏNİŞ
• Diminuendo (Səsin tədricən azalması): SƏNGİMƏ
• Not (Musiqi işarəsi): İRLİK NİŞƏNİ
• Do (C): KÖK (Baza səs, başlanğıc)
• Re (D): YOL (Hərəkətə başlayan səs)
• Mi (E): İŞIQLI (Parlaq, uzağa gedən)
• Fa (F): OD (Sıx və gur səs)
• Sol (G): GÖY (Uca, səma səsi)
• La (A): ÜN (Əsas səs, haray)
• Si (B): İTİ (İti, kəskin, kök səsə aparan)
• Diez (Səsi yarım ton qaldıran): İNCƏLƏŞ
• Bemol (Səsi yarım ton salan): QALINLAŞ
• Bekar (Səsi öz halına qaytaran): ÖZƏK
• Tempo (Musiqinin sürəti): İRLİYİN YEYİNLİYİ
• Adagio (Çox ağır, sakit): AĞIR
• Andante (Yavaş, addımla): ADDIM
• Moderato (Orta sürətdə): ORTAÇ
• Allegro (Sürətli, şən): TEZ
• Presto (Çox sürətli): YELMƏ (Yel kimi sürətli)
• Forte (Güclü, gur səs): GUR
• Piano (Zəif, sakit səs): YUMŞAQ
• Crescendo (Tədricən ucalan səs): YÜKSƏLİŞ
• Diminuendo (Tədricən azalan səs): SƏNGİMƏ
• Orkestr (Böyük alətlər birliyi): KÜY ORDUSU
• Partitura (Bütün orkestr notu): ATALIK BİTİK
• Simli alətlər qrupu: SAPLILAR (Tar, Saz, Kamança, Tagelharpa, Koto)
• Nəfəsli alətlər qrupu: ÜFLƏMƏLƏR (Balaban, Zurna, Şakuxaçi, Hindu fleytası)
• Zərb alətləri qrupu: DOĞMAÇLAR (Kös, Nağara, Çanqqu, Yerli təbilləri)
• Solo (Tək alətin ifası): TƏK İRLİK ÇALINMASI (Məsələn: Tar Yalnızı)
• Duet / Trio / Kvartet: İKİLİK / ÜÇLÜK / DÖRDLÜK
• Xor (Böyük oxuyan qrup): ÇOXLUQ OXUMASI
• Opera: SÖZLÜ OYUN
• Balet: BİTİK OYNAMA
• Simfoniya: ULU KÜY
• Sonata: TƏKCƏ KÜY
• Ballada: BAXŞI ADI
Mən istəyirəm ki, etno və milli operanın, baletin, simfoniyanın, sonatanın, balladanın, romansın və ümumilikdə musiqinin təkcə Azərbaycan-Türk musiqi alətləri ilə deyil, Turan coğrafiyasının, həmçinin Amerika yerlilərinin, Skandinaviya, Yaponiya və Koreyanın musiqi alətləri ilə ifa edilsin; yuxarıda qeyd etdiyim musiqi abidələri Təmiz Türk Dilində nota köçürülüb ifa olunsun.
Unudulmaz dahimiz Üzeyir bəy Hacıbəyov dövrünün inqilabi musiqi fəaliyyəti ilə məşğul olmuşdur. Dünyəvi musiqini daha da zənginləşdirərək ona millilik əlavə etmişdi. Milli operamız olan "Leyli və Məcnun", "Koroğlu" operaları ilə yanaşı, "O olmasın, bu olsun", "Arşın mal alan" musiqili komediyaları dünya şöhrəti qazanmışdır.
Mən də gələcəkdə böyük ustad bəstəkar Üzeyir bəy Hacıbəyov tərəfindən başladılan bu işin davamını aparmaq istəyirəm. Milli musiqi epoxası daha da təkmilləşdirilərək inkişafın zirvəsinə çatdırıla bilər. Mən yuxarıda iki əsas məqama toxunmuşam: ilk növbədə irihəcmli musiqi əsərlərini heç bir alınma söz olmadan, Təmiz və Saf Azərbaycan Dilində yazmaq; ikinci məsələ isə terminologiya daxil olmaqla, təriflər, qaydalar və açıqlamaları irəli sürdüyüm dildə yenidən gündəmə gətirmək, Azərbaycan, Turan, Yerli Amerika, Skandinaviya, Yaponiya, Koreya musiqi alətləri ilə orkestr yaratmaq (bəzən milli, bəzən isə saydığım alətlərlə), muğam və aşıq musiqisinin heyrətamiz və qulağa pıçıldayan ahəngdar elementləri ilə zənginləşdirmək əsas niyyətimdir.
Fikir verdinizsə, musiqiyə aid olan terminlərin iki fərqli sinonimini yazmışam. Məqalə ilə eyniadlı elmi müdafiə mövzumun da böyük tarixi əhəmiyyəti olacaq. Çançıra Sarayında bir çox mədəniyyət sahəsində, eləcə də musiqi sahəsinin səhnə tarixində inqilabi dəyişiklik edilə bilər. Türklərin ümumi platforma ətrafında birləşmələri olduqca böyük vəzifədir. Millilik əsas çağırış olmaqla yanaşı, bir sıra ustadlar da burada öz sözlərini deyəcəklər.
Çançıra sözünün mənası qədim Türk dillərində "məşəl" deməkdir. Həmçinin "çançıra" və "çıraq" sözləri ilə oxşar mənaları daşıyan sözlər içərisində "çilçıraq" sözü də maraq doğurur. Əgər mənim layihəm alınsa, bu, milli musiqi tarixində sıçrayış ola bilər. Türk millətlərinin zəngin mədəniyyətinə başqa millətlər və xalqlar sahib çıxmağa çalışsalar da, müasir dövrdə Azərbaycan türklərinin şüurunda milli oyanış baş verir. Musiqi Türkün şanlı zümzüməsidir. Hələ qədim dövrlərdən ilkin muğam və aşıq janrlarının nəhəng tarixi çəkisi vardır.
Çançıra Sarayı həm təhsil, həm musiqi sənətinin ifası və bəstəkarlıq, həm də akademik fəaliyyət üçün nəzərdə tutula bilər. Bildiyimiz kimi, Azərbaycan Respublikasında konservatoriya sahəsi dövlət müəssisəsidir. Lakin özəl quruma da ehtiyac vardır. Çançıra Sarayının unikal memarlığının çox maraqlı tərəflərinin olacağına şübhəm yoxdur.
Son zamanlar musiqidə bayağılıq hökm sürür. Mövzuların ancaq sevgi və ayrılığa fokuslanması səbəbindən keçmişdə olduğu kimi indi mövzu zənginliyi gözə çarpmır. Çar Rusiyası, SSRİ və istiqlaliyyətin ilk illərində olduğu kimi keyfiyyətli, mənəvi zənginliyi, vətənpərvərliyi və türkçülüyü aşılayan musiqilərin azlığı ilə yanaşı, həm də klassik musiqiyə yer ayrılmır. Bəs klassik musiqi nədir? Klassik musiqinin digərlərindən böyük fərqi bundan ibarətdir ki, bu musiqi janrı olduqca tərbiyələndirici, zövq oxşayan və nümunəvi olur.
Türk musiqisi həmişə dərin mövzuları, mənəviyyatı, milliliyi və təmtəraqlı melodiyaları özündə əks etdirir. Bununla belə, Azərbaycan səhnəsində böyük boşluq hiss olunur. Üzeyir bəy Hacıbəyov, Fikrət Əmirov, Qara Qarayev və digər dahi bəstəkarların ruhları indi narahatdır, çünki musiqimiz can verir. Ciddi addımlar atılmasa, Turan coğrafiyasının digər dövlətlərindən fərqli olaraq, bizdə böyük böhran yaxınlaşır. Əsas məqsəd isə intibahı yaxınlaşdırmaqdır.
Turan coğrafiyasında artıq baş verməkdə olan yaxınlaşma mədəniyyət sahələrində, o cümlədən musiqidə də özünü göstərməlidir. "Turan Çançıra Orkestri" adlı üzərində işlədiyim layihəm də var. Bunu qeyd etməliyəm ki, istəsək, çarlıq və sovet dövründən də gözəl musiqi əsərləri yarada bilərik. Bəstəkarlar İttifaqı yəqin ki, bu yazdığım məqaləni göz önünə alar. Elmi müdafiə mövzusuna toxunmamağınızı təklif edirəm. İndi texnika dövründə yaşayırıq və sübut etmək də asan məsələdir.
Düzü, indiki dövrümüzdə saxtakarlığın ayaq tutub addımladığı anda millətimizin və digərlərinin halal zəhmətini oğurlayıb karyera quranları görəsən Allah bağışlaya bilərmi? Şəxsən heç vaxt inanmamışam. Musiqi elmi bir yerdə dayanmır, əksinə, daha da inkişaf edir. Qərb və rus imperializminin köçürdüyü hay etnonimi bizim mirasımızı özünküləşdirsə də, gərək biz müəyyən işlərə əmək sərf edək.
Bəstəkarlıq çox çətin işdir. Məsuliyyətlə bildirə bilərəm ki, böyük sənətkarlarımızın ölməz əsərlərini dinləyərkən insanın ruhu istirahət edir. Klassik musiqi həmişə diletant və önəmsiz, eyni zamanda bəsit musiqini məğlub etməyə hazır şikarı izləyən canavar kimi ovlayacaqdır. Mən bəstələyəcəyim musiqidə nəinki muğam və aşıq musiqisi ilə yanaşı, həmçinin ortaq kökümüzlə adətən genetik cəhətdən yaxın olan xalqların musiqi ənənələrinin elementlərinə də müraciət edəcəyəm.
Nəhəng coğrafiyaya yayılmış millətimiz hələ qədim dövrlərdə yaradıcılıqla məşğul olmuşdur; indi biz məşğul oluruq, sabah isə nəvələrimiz məşğul olacaqlar. Tarixdə ilk dəfə zoomorf (heyvani) üslubun, miniatürün, opera, rok və cazla milli musiqinin sintezini yaradanlar istedadlılarımız idilər. Məncə, bu ilklərin davamı gəlməlidir. İşğala, talana, soyqırıma, sürgünə, deportasiyaya, qırğınlara, dağıntıya, repressiyaya və işgəncəyə məruz qalan millətimizin sonrakı azad, firavan və istiqlaliyyət dolu həyatını yaşayanlardan bunu qoruyub saxlamaqları vətəndaş kimi tələb olunur.
Yazan: Ceyhun Ərmən Vedili
22:01 / 19 Noyabr 2026
1
21:48 / 19 Noyabr 2026
60
21:45 / 19 Noyabr 2026
248
21:42 / 19 Noyabr 2026
51
21:29 / 19 Noyabr 2026
60
21:18 / 19 Noyabr 2026
234
21:13 / 19 Noyabr 2026
66
21:05 / 19 Noyabr 2026
97
21:00 / 19 Noyabr 2026
72
20:48 / 19 Noyabr 2026
83
20:42 / 19 Noyabr 2026
74
20:31 / 19 Noyabr 2026
87
20:04 / 19 Noyabr 2026
293
19:55 / 19 Noyabr 2026
86
19:53 / 19 Noyabr 2026
240
19:30 / 19 Noyabr 2026
116
19:10 / 19 Noyabr 2026
1095
19:05 / 19 Noyabr 2026
121
18:55 / 19 Noyabr 2026
115
18:50 / 19 Noyabr 2026
156
18:07 / 19 Noyabr 2026
373
17:58 / 19 Noyabr 2026
130
17:50 / 19 Noyabr 2026
112
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.