Qaynar xətt:

(+99450) 247 90 86

Yüksək xolesterin çox vaxt heç bir əlamət vermir -HƏKİM

Yüksək xolesterin çox vaxt heç bir əlamət vermir -HƏKİM

TİBB

40

19.11.2026, 22:31

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Yüksək xolesterin çox vaxt heç bir əlamət vermir. Ona görə özünüzü yaxşı hiss etsəniz də, xolesterin göstəricilərinizi bilmək vacibdir.

Bunu Oxu24.com-a açıqlamasında endokrinoloq Arzu Əyyubova bildirib.

Həkim bildirib ki,LDL-xolesterin uzun müddət yüksək qaldıqda damar divarında yığıla və aterosklerotik lövhələrin yaranmasına səbəb ola bilər. Bu dəyişikliklər illərlə hiss olunmadan irəliləyə, zamanla infarkt və işemik insult riskini artıra bilər.

"Analiz nəticənizdə LDL-xolesterin göstəricisinə diqqət edin. Ailənizdə gənc yaşda infarkt, insult və ya çox yüksək xolesterin olubsa, bunu həkiminizə deyin",-deyə həkim bildirib.

Nigar