Ramiz Mehdiyevlə bağlı ŞOK SİRR üzə çıxdı
19 Noyabr 2026, 17:45
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
117
19.11.2026, 17:47
Aparıcı Elgiz Əkbər sosial şəbəkələr üzərindən yayımlanan verilişini tənqid edən həmkarlarına sərt cavab verib. O, ünvanına səsləndirilən fikirlərə münasibət bildirərkən həmkarlarına xəbərdarlıq da edib.
Oxu24.com bildirir ki, Elgiz Əkbər bu barədə yayımlanan son verilişində danışıb.
İddialara görə, aparıcını özündən çıxaran məqam “Xəzər TV”də yayımlanan “Ümidlə yaşa” verilişinin aparıcısı, həmkarı Lalə Azərtaşın onun proqramı barədə səsləndirdiyi sərt fikirlər olub. Elgiz Əkbər çıxışında Lalə Azərtaşın verilişini də hədəfə alıb: “Öz verilişinizə baxın. Yenə pəncərədən qaçanlar, kol-kosda gedib gəzənlər, ərinə xəyanət edənlər o verilişdədir də? Orada başqa siz guya nə danışırsınız ki? Sosial deyil?
O televiziyanın loqosunu əlində tutub, keçmiş həmkarına post paylaşıb camaatı mənim üstümə qaldırırsan? Mənim dilim yoxdur bəs ağzımda? Danışaram, özü də bilirsən necə danışaram? Ağzımı mənim heç kim yuma bilməz. Nə eləyirsiniz ki?
O verilişdə ekspertin gəlib danışmağının 16 min manat olmalı olduğunu hamı bilir. Niyə? O verilişdə nə var ki? Meydanda tək olduğuna görə 16 min qiyməti var. Hələ baş sponsorun qiymətlərini demirəm. İndi nə istəyirsiniz məndən? Ayıb deyil sənin üçün? Mənim nə günahım var burada? Öz verilişinizə baxın. Meydanda tək olmağa artıq nail olmusunuz. İndi elə bu azmış kimi, sosial şəbəkələr üzərindən yayımlanan verilişlərə də dil uzadırsınız.
O əməkdaşlara buradan xəbərdarlıq edirəm. Mənim ağzım açılsa, pis açılacaq. Xahiş edirəm, mənimlə işiniz olmasın. İndi üç-dörd sponsor gəlib, gözünüzü onlara tikmisiniz ki, onları buradan aparasınız. Aparın. Onsuz da ömür boyu sponsorlara zəng edən olmusunuz: “Gəl mənim verilişimə, gəl bizə də, bizdə daha yaxşıdır, bizdə daha yaxşı şəraitdir”. Sizin efirinizdə bir adamın çıxış etməyinin ayda 16 min manat olduğu deyilir. Nə üçün? Çünki meydanda təksiniz. Elə bir vəziyyət yaranıb...”
Musavat.com
17:58 / 19 Noyabr 2026
7
17:50 / 19 Noyabr 2026
39
17:45 / 19 Noyabr 2026
41
17:41 / 19 Noyabr 2026
44
17:34 / 19 Noyabr 2026
60
17:30 / 19 Noyabr 2026
67
17:20 / 19 Noyabr 2026
65
17:15 / 19 Noyabr 2026
68
17:01 / 19 Noyabr 2026
126
16:51 / 19 Noyabr 2026
293
16:50 / 19 Noyabr 2026
121
16:48 / 19 Noyabr 2026
93
16:35 / 19 Noyabr 2026
110
16:29 / 19 Noyabr 2026
101
16:24 / 19 Noyabr 2026
106
16:18 / 19 Noyabr 2026
125
16:15 / 19 Noyabr 2026
375
16:12 / 19 Noyabr 2026
100
16:10 / 19 Noyabr 2026
125
16:08 / 19 Noyabr 2026
106
16:02 / 19 Noyabr 2026
123
15:59 / 19 Noyabr 2026
174
15:56 / 19 Noyabr 2026
970
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.