Qaynar xətt:

(+99450) 247 90 86

Bu ölkə rus idmançılara "yox" dedi

Bu ölkə rus idmançılara \"yox\" dedi

DÜNYA

45

19.11.2026, 21:00

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Hollandiya Heerenveendə keçiriləcək Sürət Konkisi üzrə Dünya Kuboku mərhələsi üçün demək olar ki, bütün Rusiya nümayəndə heyətinə viza verməkdən imtina edib.

Oxu24.com xəbər verir  ki,Niderland Kral Konkisürmə İttifaqı Rusiya idmançılarını yarışda iştirak etməyə dəvət etdiyini açıqlayıb, lakin viza vermək qərarının Xarici İşlər Nazirliyinin səlahiyyətində qaldığını qeyd edib.

NOS xəbər verir ki, "Rusiya konkisürənləri dekabrın əvvəlində Hollandiyanın Heerenveen şəhərində keçiriləcək Sürət Konkisi üzrə Dünya Kuboku mərhələsində iştirak etməyəcəklər. Demək olar ki, bütün Rusiya nümayəndə heyətinə viza verməkdən imtina edilib".

Rusiyanın buz üzərində yeganə təmsilçisi Fransa Şengen vizası ilə ölkəyə daxil ola biləcək 22 yaşlı Daniil Naydenişev olacaq.

Turnir 4-6 dekabr tarixlərində Heerenveendə keçiriləcək və seriyanın üçüncü mərhələsi olacaq.

Nigar