Azərbaycan bu ölkəyə başsağlığı verdi
19 Noyabr 2026, 21:29
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
41
19.11.2026, 22:10
Vyetnam mediası Prezident İlham Əliyevin Hanoya noyabrın 19-da başlayan səfərinə böyük diqqət ayırıb.
Oxu24.com xəbər verir ki, nüfuzlu qəzetlər, xəbər portalları, onlayn nəşrlər iki ölkə arasında dövlət başçıları diplomatiyasının əlaqələrin inkişafı üçün oynadığı böyük rola, Azərbaycan-Vyetnam strateji tərəfdaşlıq münasibətlərinə dair çoxsaylı məqalələr, xəbərlər yayıb.
"Vietnam+" nəşrinin "Vyetnam-Azərbaycan strateji tərəfdaşlığını dərinləşdirmək və onun səmərəliliyini artırmaq" başlıqlı məqaləsində Prezident İlham Əliyevin Vyetnama səfərinin iki ölkə arasında enerji, ticarət və bir çox digər sahələrdə əməkdaşlığı təşviq etməklə, strateji tərəfdaşlığı konkretləşdirmək üçün imkanlar açdığı vurğulanıb. Məqalədə iki xalq arasında dostluğun tarixindən söz açılaraq, Prezident Ho Şi Minin 1959-cu ildə Azərbaycana, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin isə 1983-cü ildə Vyetnama səfərlərinin bu dostluğun təməlini qoyduğu bildirilib. Qeyd olunub ki, Azərbaycan öz inkişaf yolu boyunca Vyetnama hər zaman səmimi dəstək və rəğbət göstərib, Vyetnam isə Azərbaycanla dostluq münasibətlərinə və əməkdaşlığa daim yüksək dəyər verib. Məqalədə ötən müddətdə ali və yüksək səviyyədə həyata keçirilmiş səfərlərin münasibətlərin inkişafına verdiyi töhfələr vurğulanıb.
"BACNINHTV"nin saytındakı "Vyetnam və Azərbaycan arasında dostluq ənənələrinin qorunması və təşviqi" adlı yazıda iki ölkə arasında 30 ildən çox tarixi olan əməkdaşlığın getdikcə güclənən siyasi etimadla sıx bağlı olduğu vurğulanıb. Onilliklər boyu davam edən tərəfdaşlıq dövründə iki ölkə siyasi etimada, bərabərliyə və qarşılıqlı hörmətə əsaslanan ənənəvi dostluq və çoxşaxəli əməkdaşlıq qurub.
"Nhândân" (Xalq) qəzetinin saytındakı oxşar məqalədə iki ölkənin ənənəvi dostluq və geniş əməkdaşlıq potensialına əsaslanaraq, ötən il münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi vurğulanıb. Bu, əməkdaşlıq prosesində tarixi bir mərhələ olub, hər iki ölkə liderlərinin əlaqələrin perspektivinə dair siyasi iradəsini və ortaq baxışını nümayiş etdirir. Qeyd olunub ki, yeni çərçivə Vyetnam ilə Azərbaycan arasında iqtisadiyyat, ticarət, investisiya, enerji, nəqliyyat və logistika sahələrindəki ikitərəfli münasibətlərin səmərəliliyini daha da artırıb.
"Vietnam.vn" saytındakı "Vyetnam-Azərbaycan: parlaq gələcək üçün dostluğun möhkəmləndirilməsi" adlı məqalədə Xəzər dənizi sahilindəki neft quyularından müasir külək və günəş elektrik stansiyalarına qədər, Prezident Ho Şi Minin tarixi səfərindən Qafqaz bölgəsində Vyetnam şirkətləri tərəfindən araşdırılan investisiya layihələrinə qədər Vyetnam-Azərbaycan münasibətləri uzun bir yol qət etdiyi bildirilib. Qeyd olunub ki, 60 ildən çoxdur möhkəmlənən dostluq əməkdaşlığın yeni, daha mənalı və perspektivli bir mərhələsinin yolunu açır. Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri hər iki ölkəyə keçmişi qiymətləndirmək və əməkdaşlıq üçün yeni üfüqləri araşdırmaq imkanı verəcək.
Oxşar mövzuda məqalələr Vyetnamın digər bir neçə media orqanında da yayımlanıb.
22:14 / 19 Noyabr 2026
9
22:03 / 19 Noyabr 2026
35
22:01 / 19 Noyabr 2026
51
21:51 / 19 Noyabr 2026
55
21:48 / 19 Noyabr 2026
96
21:45 / 19 Noyabr 2026
349
21:42 / 19 Noyabr 2026
64
21:29 / 19 Noyabr 2026
69
21:18 / 19 Noyabr 2026
272
21:13 / 19 Noyabr 2026
77
21:05 / 19 Noyabr 2026
107
21:00 / 19 Noyabr 2026
79
20:48 / 19 Noyabr 2026
88
20:42 / 19 Noyabr 2026
80
20:31 / 19 Noyabr 2026
92
20:04 / 19 Noyabr 2026
312
19:55 / 19 Noyabr 2026
89
19:53 / 19 Noyabr 2026
258
19:30 / 19 Noyabr 2026
119
19:10 / 19 Noyabr 2026
1143
19:05 / 19 Noyabr 2026
122
18:55 / 19 Noyabr 2026
119
18:50 / 19 Noyabr 2026
160
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.