Qaynar xətt:

(+99450) 247 90 86

Dövlət Agentliyi: 10 ayda istehlakçılara 315 min manat vəsait qaytarılıb 

Dövlət Agentliyi: 10 ayda istehlakçılara 315 min manat vəsait qaytarılıb 

CƏMİYYƏT

56

19.11.2026, 17:34

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu ilin 10 ayında Azərbaycanda istehlakçılara 315 min manat vəsait qaytarılıb.

Oxu24.com  xəbər verir ki, bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı Lənkəranda keçirilən "İstehlakçıların əsas hüquqları və onların müdafiəsi" adlı tədbirdə bildirib.

O bildirib ki, təmin edilən istehlakçı müraciətlərinin sayı 2 399-dur: "Daxil olan müraciətlərin sayı 9 260 (8 766 yeni, 494 əvvəlki ildən qalan müraciət) olub. Agentlikdə baxılması yekunlaşan müraciətlər 6 080-dır. Aidiyyəti orqanlara göndərilən müraciətlər 2 312-dir. Növbəti aylarda icrası davam etdirilən müraciətlərin sayı 868 olub. Tərtib olunmuş protokolların sayı isı 41-dir".

Y.Tapdıqlı deyib ki, agentlikdə baxılması yekunlaşan müraciətlərin 5 032 təşkil edib: "Aidiyyəti orqanlara göndərilən müraciətlər 1 560 olub. Növbəti aylarda icrası davam etdirilən müraciətlər 461 təşkil edib. Tərtib olunmuş protokolların sayı 51-dir".