Ömrü 14 ilədək uzadan - 5 vərdiş
26 May 2026, 09:45
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
855
05.10.2025, 12:22
Bəzi heyvanlar o qədər qeyri-adi görünürlər ki, onların mövcudluğuna inanmaq çətindir. Belə canlılardan biri də balinabaş (Balaeniceps rex) adlı quşdur.
Oxu24.com "IFLScience" portalına istinadla verdiyi məlumata görə, o, Yer üzündəki ən qəribə quş sayılır.
Başmaq dimdikli leylək də adlandırılan bu quşun boyu 1,5 metrə, qanad açıqlığı isə 2,6 metrə çatır. Ən diqqətçəkən xüsusiyyəti isə 24 sm-lik nəhəng, iti və "dırnaqlı" dimdiyidir. Dimdiyi o qədər böyükdür ki, başında çətinliklə yerləşir.
Onun qəribəlikləri bununla bitmir - başının üstündə lələkdən ibarət tac var, ayaqları isə uzun və nazik, barmaqları iri və güclüdür. Bu qeyri-adiliyə görə alimlər illərlə onu düzgün təsnif edə bilməyiblər: əvvəlcə leylək, sonra qutan, sonra çəpərquşu sayılıb. Yalnız DNT analizlərindən sonra onun qutanlara daha yaxın olduğu təsdiqlənib. Ən yaxın qohumu isə adi görünüşlü çəkicbaş (Scopus umbretta) quşudur.
Balinabaş sosial şəbəkələrdə ulduza çevrilib - təkcə görkəminə görə yox, həm də davranışına görə. Nəhəng qanadlarına baxmayaraq, çox vaxt hərəkətsiz dayanır və qəfil hücum edərək ovunu iti dimdiyi ilə öldürür. Ovuna su ilanları, tilyapiyalar, qurbağalar, varanlar və hətta kiçik timsahlar da daxildir. Bildirilir ki, bir yumurtadan çıxan balalar digərlərini öldürür.
Bu quşun səsi də maraqlıdır - o, pulemyot səslərinə bənzər gurultulu "çırpıntı" ilə cütləşmə dövründə çağırış edir.
35 ilə qədər yaşayan bu quşlar suayğırlara yaxın ərazilərdə məskunlaşmağı üstün tuturlar. Lakin onların sayı sürətlə azalır - vəhşi təbiətdə cəmi 5 000-dən az fərd qalıb. Səbəblər arasında yaşayış mühitinin məhv edilməsi, iqlim dəyişiklikləri, çirklənmə və ovçuluq göstərilir. (oxu.az)
10:55 / 26 May 2026
1
10:50 / 26 May 2026
17
10:40 / 26 May 2026
80
10:35 / 26 May 2026
52
10:33 / 26 May 2026
43
10:16 / 26 May 2026
224
10:12 / 26 May 2026
63
10:04 / 26 May 2026
64
09:53 / 26 May 2026
64
09:47 / 26 May 2026
56
09:46 / 26 May 2026
137
09:45 / 26 May 2026
67
09:36 / 26 May 2026
260
09:31 / 26 May 2026
53
09:27 / 26 May 2026
220
09:23 / 26 May 2026
117
09:19 / 26 May 2026
63
09:17 / 26 May 2026
67
09:08 / 26 May 2026
110
08:57 / 26 May 2026
448
08:54 / 26 May 2026
75
08:52 / 26 May 2026
64
08:25 / 26 May 2026
172
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.