Atlar niyə əkiz bala doğmur? -FAKTLAR
25 Noyabr 2026, 22:26
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
610
11.05.2024, 15:38
Alimlər psixodelik təsir yaradan qurbağa zəhərindən depressiya və anksiyetenin müalicəsi üçün istifadə edilə biləcəyini düşünürlər.
OXU24.COM xəbər verir ki, LSD və psilosibin kimi psixodelik dərmanların zehni xəstəlikləri müalicə etmək potensialı ilə bağlı araşdırmalar son illərdə geniş vüsət alıb.
Məsələn, ötən il aparılan bir araşdırma, Kolorado çayı qurbağasının zəhərində olan "5-MeO-DMT" kimi müxtəlif psixodelik maddələri istehlak edən insanların anksiyete və depressiya əlamətlərində yaxşılaşma olduğunu müəyyən edib.
Zəhərinin tərkibindəki birləşmə sayəsində halüsinasiyalar yaratdığı uzun müddətdir bilinən bu qurbağanın dərisi də eyni maddəni ifraz edir. ABŞ rəsmiləri 2022-ci ildə xalqı qurbağaları yalamamağa çağıraraq, zəhərin ölümcül təsir göstərə biləcəyini vurğulamışdı.
Yeni elmi araşdırmalar psixodelik maddələrin psixi sağlamlıq üçün faydalı ola biləcəyini ortaya qoyur. Alimlər halüsinasiyalara səbəb olmadan bir dozada depressiyanı müalicə edə biləcək psixodelik dərmanlara bir addım daha yaxınlaşıblar.
"Nature" jurnalında dərc edilən tədqiqatı həyata keçirən qrup bu qurbağaların zəhərində olan "5-MeO-DMT" birləşməsinin tənzimlənən formasını araşdırıb və ondan müalicə məqsədləri üçün istifadə yollarını axtarıb.
Əvvəlki araşdırmalar psixikaya təsir edən maddələrin beyində "5-HT2A" adlanan serotonin reseptorunu stimullaşdıraraq halüsinasiyalar yaratdığını aşkar etdiyinə görə, elm adamları əsasən bu reseptoru öyrənirlər. Ancaq qurbağa zəhərindəki "5-MeO-DMT" 5-HT1A adlı başqa bir serotonin reseptoru ilə də qarşılıqlı təsir göstərir. Maddənin bu reseptorlarla əlaqəsini başa düşmək üçün elm adamları "5-MeO-DMT"nin müxtəlif variantlarını istehsal edərək onların təsirini müşahidə ediblər. Tədqiqatçılar 5-HT1A reseptorunu güclü şəkildə stimullaşdıran variant əldə etdilər və onu depressiya və anksiyete əlamətləri göstərən siçanlar üzərində sınaqdan keçirdilər. Maddənin redaktə edilmiş forması antidepresant və anksiyete dərmanlarının təsirini yaratdı və siçanlarda psixodelik təsirlər müşahidə olunmadı.
"Psixodelik reseptoru demək olar ki, tamamilə "iqnor edən" selektiv birləşmənin depressiya və narahatlıq üçün effektiv müalicə variantı ola biləcəyini göstərdik. "5-MeO-DMT" birləşməsinin 5-HT1A reseptoruna qarşı 800 dəfə daha seçici olduğu müəyyən edildi", - tədqiqatın həmmüəllifi Devid Lekri bildirib.
Tədqiqatın digər müəllifi Deniel Uaker isə deyir ki, nəticələr psixi sağlamlıq müalicəsində yeni və bəlkə də daha təsirli dərmanların inkişafı baxımından ümid vericidir. Ancaq bu nəticələrin insanlarda da müşahidə edilib-edilməyəcəyini müəyyən etmək üçün daha çox araşdırmaya ehtiyac var.
18:48 / 26 Noyabr 2026
17
18:42 / 26 Noyabr 2026
38
18:39 / 26 Noyabr 2026
70
18:29 / 26 Noyabr 2026
71
18:26 / 26 Noyabr 2026
70
18:17 / 26 Noyabr 2026
69
18:08 / 26 Noyabr 2026
80
18:02 / 26 Noyabr 2026
82
17:33 / 26 Noyabr 2026
900
17:07 / 26 Noyabr 2026
122
17:05 / 26 Noyabr 2026
106
17:00 / 26 Noyabr 2026
116
16:55 / 26 Noyabr 2026
110
16:40 / 26 Noyabr 2026
382
16:38 / 26 Noyabr 2026
121
16:23 / 26 Noyabr 2026
159
16:15 / 26 Noyabr 2026
140
16:08 / 26 Noyabr 2026
130
16:01 / 26 Noyabr 2026
132
15:58 / 26 Noyabr 2026
142
15:49 / 26 Noyabr 2026
122
15:44 / 26 Noyabr 2026
124
15:40 / 26 Noyabr 2026
131
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.