Qaynar xətt:

(+99450) 247 90 86

Bakı polisi əməliyyat keçirib, saxlanılanlar var

2020/01/24/1579846715_749077f2-3813-4c1d-bbab-d347b2fdfc79.jpg

KRİMİNAL

590

24.01.2020, 10:16

Bakı şəhər sakinlərindən külli miqdarda narkotik vasitə götürülüb.

Oxu24.com -un xəbərinə görə, Yasamal Rayon Polis İdarəsinin (RPİ) 26-cı Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini, 1993-cü il təvəllüdlü Nurlan Qurbanov saxlanılıb.

Onun üzərinə baxış keçirilən zaman 1,145 qram heroin aşkar olunaraq götürülüb.

Bundan başqa, Xətai RPİ-nin 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Orxan Ağababayevdən 4,375 qram tiryək, Nəsimi RPİ-nin 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Ramal Məmmədovdan 1,652 marixuana, 376 qram heroin və 908 qram metamfetamin aşkar olunaraq götürülüb.

Araşdırmalar aparılır.