67 yaşlı generala ərə gedən qız digər generalın bacısı qızıdır - FOTO
02 Fevral 2026, 15:45
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
75
02.02.2026, 14:09
Salam, hörmətli Oxu24.com oxucuları! Bu gün təqvimdə 2 Fevral – Azərbaycan Gəncləri Günüdür. Bu gün təkcə bir bayram deyil, həm də biz gənclərin enerjisinin, potensialının və gələcəyə olan baxışlarımızın qeyd olunduğu xüsusi bir gündür. Mən də bir gənc və saytımızın əməkdaşı olaraq, həm öz düşüncələrimi bölüşmək, həm də ətrafımdakı gənclərin nəbzini tutmaq qərarına gəldim.
Mənim üçün gənclik yeni həyata addım atdığımız, öz ayaqlarımız üzərində durmağa çalışdığımız, çətinliklərlə üzləşib, onların öhdəsindən gəlmək üçün səy göstərdiyimiz bir dövrdür.
İnsanın sosiallaşma prosesində 4 mərhələ olur. Uşaqlıq, gənclik, cavanlıq və qocalıq. Biz artıq 2-ci mərhələdəyik. Sosiallaşma dedikdə nəyi nəzərdə tuturuq bəs? İnsanın sosial keyfiyyətlərinin formalaşması və onun cəmiyyət həyatına atılması.
Ölkəmiz biz gənclərin inkişafı üçün müxtəlif şəraitlər yaradıb. Azərbaycanda yüzlərlə könüllülük təşkilatları var. Bu təşkilatlar sayəsində gənclərimiz həm əylənir, həm özü maariflənir, həm də başqalarını maarifləndirir.
Mən, bir könüllü olaraq müxfəlif tədbirlərdə, yarışlarda iştirak etmişəm. Bu tədbirlər, yarışlar sayəsində yeni biliklər, informasiyalar qazanmışam. Anladım ki, gənclik sadəcə zaman kəsiyi deyil, həm də hər anı dəyərləndirilməli olan böyük bir fürsətdir.
Bu gün informasiya əsrində yaşayırıq və biz gənclərin üzərinə düşən ən böyük vəzifə doğru məlumatı seçmək, özümüzü daim inkişaf etdirməkdir.
Bir gənc olaraq qazandığım bu təcrübələr mənə bir şeyi öyrətdi: Dövlətimizin bizə yaratdığı bu geniş imkanlardan maksimum yararlanmaq lazımdır.
Mən bu gün təkcə reportaj hazırlamıram, mən bu gün öz nəslimin nəbzini vərəqlərə köçürürəm. Çünki biz sadəcə bu ölkədə yaşamırıq, biz həm də bu ölkənin gələcəyini daxilimizdə daşıyırıq.
İndi isə gəlin, mənim kimi bu yollardan keçən, hər biri öz sahəsində fərqlənən dostlarımın da fikirlərini eşidək. Görək onlar üçün 2 Fevral nə ifadə edir?
Keçmişin dərsləri ilə gələcəyi işıqlandırmağı hədəfləyən, gələcəyin tarix müəllimi Tağızadə Fatimə bildirir ki: “Bu gün təkcə bir yaş qrupunun deyil, Azərbaycanın parlaq gələcəyinin bayramıdır. Biz gənclər həm tariximizin daşıyıcısı, həm də müasir dünyada ölkəmizin səsiyik. Bilik, elm və vətənpərvərliklə hər bir çətinliyin öhdəsindən gələcəyimizə inanıram.
Ulu öndər Heydər Əliyev də gənclərimizə dəyər vermiş onların təhsil alması üçün islahatları keçirmişdir. Biz gənclər olaraq dünyaya yeniliklər gətirməyə davam edəceyik. Gənclər günümüz mübarək!
Gələcəkdə diplomat kimi fəaliyyət göstərmək istəyən Aysel Qədirova bildirir ki: “Mən bir gənc kimi düşünürəm ki, bu gün Azərbaycanda öz ideyalarını reallaşdırmaq istəyən hər kəs üçün bir yol var. İstər startap layihələri olsun, istər yaradıcılıq mərkəzləri bizə sadəcə addım atmaq qalır. Bayramımız mübarək! Arzu edirəm ki, gələn il bu günü hər birimiz daha böyük uğurlarla qeyd edək”!
Öz hiperaktivliyi ilə seçilən Pərvanə Ağayeva deyir: "Mən bu bayramı həm də dünyaya açılmaq günü kimi görürəm. Bu gün Azərbaycan gənci beynəlxalq arenalarda sözünü deyə bilir. Könüllü proqramları sayəsində qazandığım ünsiyyət bacarığı mənim ən böyük qazancımdır. Bütün həmyaşıdlarımı daim öyrənməyə və dünyanı kəşf etməyə səsləyirəm”.
Hüquq tələbəsi Jalə Muradlı deyir:
"Deyirlər gənclik dəlilikdir. Məncə, gənclik ən böyük müdriklikdir. Çünki yalnız gənc olanlar dünyanı dəyişə biləcəklərinə inanacaq qədər “dəli”, bunu bacaracaq qədər cəsurdurlar. Mən öz dostlarımın gözündə o cəsarəti görürəm”.
Aktivliyi, məsuliyyəti ilə seçilən Fərəcov Səlim isə qeyd edir ki: “Mənim fikrimcə günümüz gəncləri əvvəlki nəsillərdən çox şanslıdır. Biz istənilən sahədə(idman, təhsil, texnologiya, incəsənət, biznes vəs.) inkişaf edən dövlətimiz sayəsində gənc nəsil olaraq istənilən sahədə uğur qazanıb kariyeramızın zirvələrinə doğru addımlamaq imkanına sahibik. Xüsusən, dövlətimizin biz gənclərə yetirdiyi diqqət və qayğı, fikirlərimizə qoyulan hörmət bizim üçün öz kariyeramızda dəqiq addımlarla irəliləməyimizə çox böyük stimul verir”.
Reportajımızın gedişatında gənclərlə dövlət qurumları arasındakı sıx bağlılığı işıqlandırmaq üçün Gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarova müraciət etdik. Gənclərin inkişaf strategiyası və qarşıda duran hədəflər barədə danışan Ramil müəllim bildirdi:
Həmçinin oxuyun
“Gənclər və İdman Nazirliyi olaraq əsas prioritetimiz gənclər arasında vətənpərvərlik ruhunun və vətəndaş mövqeyinin gücləndirilməsidir. Bizim üçün Azərbaycançılıq ideologiyasının təbliği, ana dilimizə, tariximizə sadiqlik və milli adət-ənənələrimizin qorunması daim diqqət mərkəzindədir. Eyni zamanda, məqsədimiz müasir dünyanın çağırışlarına cavab verən rəqabətədavamlı gənclər yetişdirməkdir.
Bu istiqamətdə gənclərin informasiya texnologiyaları (İT) sahəsində nəzəri və praktiki biliklərinin artırılması üçün xüsusi layihələr icra edirik. Bizim fəaliyyətimizdə həssas qruplardan olan gənclər də hər zaman xüsusi qayğı ilə əhatə olunur. Cənab Prezidentin çıxışlarında gənclərə verdiyi tövsiyələr nazirliyimizin əsas fəaliyyət xəttini təşkil edir. Bu çərçivədə mütəmadi olaraq tələbələr, gənc sahibkarlar və müxtəlif sosial qruplar üçün formatı ilə seçilən düşərgələr, maarifləndirici tədbirlər təşkil edirik.
Hazırda gənclər arasında intellektual oyunlar çox populyardır və biz bu imkandan yararlanaraq həm paytaxtda, həm də regionlarda yarışların sayını artırırıq. Xüsusilə kənd gəncləri üçün nəzərdə tutduğumuz qrafik dizayn, İT və SMM təlimləri onların müasir bacarıqlara yiyələnməsinə, öz regionlarında məşğulluqlarını təmin etmələrinə və fərdi bizneslərini qurmalarına xidmət edəcək.
Bu il də ötən illərdə olduğu kimi Qrant müsabiqəsi elan etmişik. Bu qrantlar çərçivəsində vətənpərvərlik, süni intellekt, tarix və mədəniyyət mövzularında QHT-lər vasitəsilə böyük layihələr həyata keçiriləcək. Region gəncləri üçün mexanizmlərimiz kifayət qədər genişdir; ölkə üzrə fəaliyyət göstərən 33 Gənclər Evi onların təlim, görüş və asudə vaxtının səmərəli təşkili üçün tam ixtiyarlarındadır. Biz gənclərin dəyişən istək və tələblərini daimi sorğular vasitəsilə öyrənir və fəaliyyətimizi buna uyğun tənzimləyirik.
Gənclər Günündə əsas mesajımız budur: harada olmağımızdan asılı olmayaraq milli dəyərlərimizə sadiq qalmalı, qalib xalqın qalib gəncləri olaraq Müzəffər Ali Baş Komandanın ətrafında birliyimizi qorumalıyıq. Hər bir gəncimiz bəşəriyyət üçün faydalı işlər ortaya qoymağa çalışmalıdır”.
Bu günün nəbzini tutmağa çalışdıq və gördük ki, Azərbaycan gəncliyi həm keçmişinə sahib çıxır, həm də gələcəyə cəsarətlə addımlayır. Biz sadəcə sabahın qurucuları deyilik, biz həm də bu günün hərəkətverici qüvvəsiyik. Gənclik enerjinizin heç vaxt tükənməməsi diləyi ilə!
Növbəti uğurlarda görüşənədək!"
Reportajı hazırladı: Çimnaz Telmanqızı
15:45 / 02 Fevral 2026
26
15:34 / 02 Fevral 2026
140
15:30 / 02 Fevral 2026
30
15:29 / 02 Fevral 2026
46
15:20 / 02 Fevral 2026
34
14:56 / 02 Fevral 2026
44
14:49 / 02 Fevral 2026
62
14:38 / 02 Fevral 2026
58
14:24 / 02 Fevral 2026
52
14:05 / 02 Fevral 2026
67
13:58 / 02 Fevral 2026
176
13:45 / 02 Fevral 2026
83
13:36 / 02 Fevral 2026
67
13:31 / 02 Fevral 2026
923
13:25 / 02 Fevral 2026
70
13:15 / 02 Fevral 2026
67
13:05 / 02 Fevral 2026
80
12:59 / 02 Fevral 2026
90
12:53 / 02 Fevral 2026
92
12:42 / 02 Fevral 2026
94
12:36 / 02 Fevral 2026
72
12:28 / 02 Fevral 2026
97
12:18 / 02 Fevral 2026
111
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.