48 Aptekdə Səhiyyə Yoxlaması Başladı
02 Fevral 2026, 15:10
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
769
02.02.2026, 13:31
Jurnalist Səidə Bəkirqızının partiya sədri Akif Nağını məhkəməyə verməsi ilə bağlı xəbər vermişdik.
Onların arasında nə baş verib?
Məsələ ilə bağlı Oxu24.com Akif Nağı ilə söhbətləşib.
Partiya sədri bildirib ki, mənim “Səidə”adlı problemim yoxdu:” Sadəcə olaraq, indi bu məhkəmə verir, nə edir özü bilər. Mən bir Azərbaycan ziyalısı kimi, Qarabağ Azadlıq Təşkilatının rəhbəri kimi (hələ də özümü bu təşkilatın rəhbəri kimi hiss edirəm) məsələyə qarışmışam. Bilirsiniz ki, o illərdə Qarabağ Azadlıq Təşkilatı bütün Azərbaycan xalqının iradəsini ortaya qoydu. İndi də həm təşkilat , eyni zaman siyasi partiya rəhbər kimi, ziyalı kimi mövqeyimi ortaya qoymalıyam. Hər kəs əgər susacaqsa, yaxasını kənara çəkəcəksə, biz hamı kimi etmək məcburiyyətində deyilik. Biz Azərbaycan cəmiyyətini bu cahillərin ixtiyarına verə bilmərik! S. Bəkirqızı məni məhkəməyə veribsə, gedib məhkəmədə mövqeyimi əsaslandıracağam”.
Həmçinin oxuyun
Siyasətçi bildirib ki, bloggerin dəfələrlə köçkünləri təhqir etməsi əslində xalq arasında dərin uçurum açıb: "Bu adam cəmiyyətdə insanları qarşı-qarşıya qoyur, məcburi köçkünləri haqsız olaraq ittiham edir, təhqir edir. Sonra da deyir ki, yox mən hamısını demirəm! Bəli, sən hamısını deyirsən, sən bütün köçkünləri deyir!Əgər sən konkret hansısa bir köçkünü hədəf seçmisənsə , onun adını, soyadını yaz, biz də onu qınayaq. Amma hər hansı bir neqativ halı bütün qarabağlıların, köçkünlərin ayağına yazıb, onları kütləvi şəkildə təhqir etmək ancaq cahil və “başı çatmayan” adamların işidir. Sosial şəbəkələrə baxın: Sanki iki düşmən xalq qarşı-qarşıya durub, bir-birini təhqir edir. Hələ Səidənin tərəfdarlarından olan “İlqar Hüseynli” adlı profil yazıbki, “Səidə Bəkirqızı, bunların qadınlarını ermənilər necə zorlayıbsa, özləri TV-də etiraf edirlər. Boş verin”. Siz cümlədəki ağırlığa baxın, sanki bunu bir erməni yazıb. Azərbaycan qanının daşıyıcısı olan insan bu cümləni işlədə bilərmi? Azərbaycan qadınlarının əsir düşməmək üçün 99 faizi özünü qayadan atmadımı? Ayaqyalın Qarabağın meşələrinə, dağlarına səpələnmədilərmi? Erməni əlinə düşməmək üçün intihar etmədilərmi? Onlar könüllümü ermənilərin onları zorlamasına şərait yaratdılar? Bu məntiqin sahibi azərbaycanlı olduğuna şübhəm var.
Bu Səidə Bəkirqızının yaratdığı qarşıdurmanın nəticəsidir ki, Azərbaycan dövlətçiliyinin nüfuzuna xələl gətirmək, həm də xalqa və dövlətə zərbə vurmaqdır. Mən də yazdım ki, Səidə Bəkirqızı, siz məcburi köçkünləri bax bu şəkildə təhqir elədiyinizə görə, mən sizə cavab vermişəm, demişəm ki, bu, təhqirdi.
Bəli, hətta S. Bəkirqızı özü məcburi köçkünlərdən danışarkən, üzünün mimikası tamamilə dəyişir, gözlərindən nifrət yağır, dişlərini qıcayır. Anlamaq olmur, bu soydaşın olan qarabağlılara hansı nifrətin nəticəsidir? Bu nifrəti biz bütün detallarına qədər ermənilərdə görmüşük. Daha bir detal: ermənilər yəni istənilən düşmən sənin haqqında xoş söz deyirsə, demək sən onun xeyrinə nəsə etmisən, ona hardasa xeyir vermisən”.
A.Nağı iddia olunan təhqiramiz ifadəyə də aydınlıq gətirib:”Burada məhkəməlik olan cümlə budur: “Səidə adında bir erməni q.. cığı”. Bəli, mən statusumda yazmışam “erməni q.. cığı”... Amma, bu Səidə tərəfdarlarının iddia etdiyi kimi deyil. Siz onu “erməni qadıncığı” kimi oxuyun!
Əgər Səidə və onun ətrafı bu nöqtələrin yerinə öz bildikləri sözcükləri qeyd ediblərsə, bu mənim problemim deyil. Onlar Səidə haqqında elə sözə üstünlük veriblər, necə deyərlər, bu sözü tərcih ediblər . Mən məhkəməyə hazıram! Etdiyim heç nədən peşman deyiləm!"
Qeyd edək ki, jurnalist Səidə Bəkirqızının keçmiş məcburi köçkünlərlə bağlı qalmaqallı çıxışına Azad Vətən Partiyasının sədri Akif Nağı sərt reaksiya vermişdi.
Sitat: “…Səidə adında bir erməni q.. cığı xeyli vaxtı ki , sosial şəbəkələri zəbt edib , məcburi köçkünlərin ünvanına iftiralar yağdırır. Hesab edirəm ki, o, ermənidi və erməni xüsusi xidmət orqanları tərəfindən azərbaycanlı adı ilə hazırlanıb, ölkəmizə göndərilib, ermənilər bu metoddan bizə qarşı həmişə istifadə ediblər , ya da sonradan burada ələ alıblar , yəni “verbovka” ediblər. Onu ələ alanların məqsədi Azərbaycanda qarşıdurma və xaos yaratmaqdı. Hər kəs bilir ki , məcburi köçkünlər bu dəqiqə ayaqyalın öz yurduna getməyə hazırdı , amma köç dövlət proqramı əsasında mərhələlərlə həyata keçirilir. Bunu bu q…cığ da bilirir , amma bilərəkdən yalan danışır. Çünki o və züy tutanları həm erməni xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetirir , həm də sosial şəbəkələrin qaydalarına uyğun olaraq yaxşı pul qazanırlar. Ona görə də hər kəsdən xahiş edirəm bu q…cığın yazı və çıxışlarını açmayasınız , rəy yazmayasınız. Xüsusi xidmət orqanlarından isə xahiş edirəm bunun ermənilərlə əlaqələrini araşdırsınlar. Əminəm ki , dediklərim yerini alacaq…”.
Bu paylaşımdan sonra məlum oldu ki, S. Bəkirqızının Akif Nağını məhkəməyə verəcəyi ilə bağlı məlumatlar yayıldı.
Əntiqə Rəşid
15:10 / 02 Fevral 2026
6
14:56 / 02 Fevral 2026
28
14:49 / 02 Fevral 2026
41
14:38 / 02 Fevral 2026
46
14:24 / 02 Fevral 2026
37
14:09 / 02 Fevral 2026
59
14:05 / 02 Fevral 2026
53
13:58 / 02 Fevral 2026
140
13:45 / 02 Fevral 2026
68
13:36 / 02 Fevral 2026
56
13:25 / 02 Fevral 2026
62
13:15 / 02 Fevral 2026
59
13:05 / 02 Fevral 2026
72
12:59 / 02 Fevral 2026
83
12:53 / 02 Fevral 2026
85
12:42 / 02 Fevral 2026
84
12:36 / 02 Fevral 2026
64
12:28 / 02 Fevral 2026
87
12:18 / 02 Fevral 2026
100
11:59 / 02 Fevral 2026
77
11:54 / 02 Fevral 2026
82
11:44 / 02 Fevral 2026
95
11:42 / 02 Fevral 2026
636
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.