Ağdamda ilk bayram tonqalı... - FOTO
24 Fevral 2026, 23:39
Qaynar xətt:
(+99450) 247 90 86
QARABAĞ
581
02.02.2026, 14:56
"Azərişıq" ASC Cəbrayıl rayonunun və Xankəndi şəhərinin elektrik şəbəkəsini yeniləyir.
Oxu24.com Demokrat.az səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, Cəbrayıl şəhəri işğaldan azad edilən andan "Azərişıq" operativ tədbirlər görülərək 2020-ci il oktyabrın 28-də şəhər mərkəzi elektrik enerjisi ilə təmin edib. 2022-ci il oktyabrın 19-da Prezident İlham Əliyev tərəfindən şəhər ərazisində təməli qoyulan 35/0,4 kV-luq Rəqəmsal İdarəetmə Mərkəzi inşa edilərək 2023-cü il sentyabrın 28-də ölkə başçısı tərəfindən istifadəyə verilib.
Məskunlaşma aparılan Horovlu kəndini elektrik enerjisi ilə təmin etmək üçün ikidövrəli 35 kV-luq Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN-3) çəkilib, həmçinin 35 kV-luq Paylayıcı Qurğu (PQ) inşa edilib. Kənddə 6 müasir tipli 35/0.4 kV-luq Komplekt Transformator Məntəqəsi (KTM) quraşdırılıb. Fərdi yaşayış evləri müasir smart sayğaclarla təchiz olunub.
Şəhər ərazisinə köç edən sakinlər üçün Baş Plana uyğun olaraq əlavə 35/0,4 kV-luq 4x2500 kVA gücündə Transformator Məntəqəsi (TM) inşa edilərək istismara verilib, həmçinin smart sayğaclar quraşdırılıb, 0,4 kV-luq yeraltı xətlər çəkilib. Yaxın gələcəkdə köç planlaşdırılan Soltanlı, o cümlədən Fuğanlı, Mərcanlı, Şükürbəyli kəndləri, Xudafərin qəsəbəsi istiqamətində metal dayaqlar əkilib, ikidövrəli 35 kV-luq Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN-3) çəkilib.
Rayonun Horovlu, Şükürbəyli, Xudafərin, Soltanlı, Sarıcallı, Maşanlı, Böyük Mərcanlı və Karxulu yaşayış məntəqələri 35 kV-luq elektrik verilişi xətləri vasitəsilə keyfiyyətli və dayanıqlı enektrik enerjisi ilə təmin edilib.
Həmçinin oxuyun
"Azərişıq" Xankəndinin də elektrik təsərrüfatını yenidən qurur. Elektrik Şəbəkəsinin (EŞ) xidməti ərazisinə daxil olan Xocalı şəhərində Prezident İlham Əliyevin iştirakı ilə 2024-cü ilin mayın 9-da "Xocalı" yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı olub. 3200 kVA gücündə olan "Xocalı" yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi rayon ərazisində inşa edilmiş yeni yaşayış komplekslərinin, kənd təsərrüfatı və turizm obyektlərinin, eləcə də sosial-iqtisadi təyinatlı müxtəlif infrastrukturun dayanıqlı, etibarlı və fasiləsiz elektrik enerjisi təminatını həyata keçirmək məqsədi daşıyır.
Həmçinin Xocalı şəhərində 10 müasir tipli müxtəlif gücdə KTM quraşdırılıb. Badara, Ballıca, Daşbulaq, Təzəbinə, Seyidbəyli və Xanyurdu yaşayış məntəqələri istiqamətində 35 kV-luq elektrik verilişi xətlərinin inşası davam etdirilir. Hazırda adı çəkilən yaşayış məntəqələrinin 0.4 kV-luq daxili elektrik şəbəkəsi yenilənir.
Xocalının Şuşakənd və Xanobad kəndlərinə də 35 kV-luq ÖİN-3 kabel hava xəttinin çəkilişi davam edir.
00:09 / 25 Fevral 2026
1
23:39 / 24 Fevral 2026
27
23:16 / 24 Fevral 2026
39
23:02 / 24 Fevral 2026
52
22:20 / 24 Fevral 2026
51
22:19 / 24 Fevral 2026
60
22:00 / 24 Fevral 2026
46
21:59 / 24 Fevral 2026
62
21:45 / 24 Fevral 2026
56
21:42 / 24 Fevral 2026
88
21:39 / 24 Fevral 2026
324
21:35 / 24 Fevral 2026
56
21:34 / 24 Fevral 2026
53
21:31 / 24 Fevral 2026
53
21:08 / 24 Fevral 2026
59
21:08 / 24 Fevral 2026
107
21:03 / 24 Fevral 2026
55
20:51 / 24 Fevral 2026
76
20:39 / 24 Fevral 2026
92
20:35 / 24 Fevral 2026
59
20:24 / 24 Fevral 2026
92
20:23 / 24 Fevral 2026
561
20:12 / 24 Fevral 2026
266
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.