Hava necə olacaq?
09 May 2026, 12:41
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
589
02.02.2026, 12:59
Ailə həkimi Sophi Nyuton bildirib ki, soyuqdəymə, qrip və mövsümi viruslardan qorunmağın ən təsirli üsullarından biri nə əlavələr, nə də xüsusi prosedurlardır, adi gecə yuxusudur. Onun sözlərinə görə, keyfiyyətli yuxu orqanizmin təbii sipəri kimi fəaliyyət göstərir və infeksiya riskini xeyli azaldır.
Oxu24.com xəbər verir ki könüllülərlə aparılan bir araşdırmaya əsasən, soyuqdəymə virusu ilə qəsdən təmas etdirilib və məlum olub ki, sutkada yeddi saatdan az yuxu alan insanlar üç dəfə daha çox xəstələnirlər. Bundan əlavə, yuxunun pozulması və ya səthi olması, yaş, stres, çəki və alkoqol istifadəsi kimi amillər nəzərə alınsa belə simptomların yaranma ehtimalını təxminən beş yarım dəfə artırıb.
.
Nyutonun sözlərinə görə, yuxu zamanı immun sistem aktiv şəkildə sitokinlər, müdafiə hüceyrələri və anticisimlər istehsal edir. Orqanizm kifayət qədər dincəlmədikdə isə bu "müdafiəçilərin" sayı azalır və viruslar üçün yol açılır. Həkim yuxu rejiminə əməl etməyi, yatmazdan əvvəl cihazlardan istifadənin azaldılmasını, yataq otağının sərin saxlanılmasını və gündə ən azı əlavə 15-30 dəqiqə istirahət etməyi tövsiyə edir.
Sonda həkim qeyd edib ki, yaxşı yuxu yalnız soyuqdəymənin profilaktikası üçün deyil, həm də psixi sağlamlıq, yaddaş və ümumi orqanizm vəziyyəti üçün vacibdir.
Həmçinin oxuyun
Bundan başqa, digər mütəxəssis doktor Surac Kukadiya yuxu zamanı hansı pozadan uzaq durmaq lazım olduğunu açıqlayıb. Onun sözlərinə görə, qarın üstə yatmaq qabırğa ilə döş sümüyü arasındakı birləşmə nahiyəsində iltihab kostoxondrit yarada bilər. Gün ərzində ağır yük qaldırmaq və düzgün olmayan bədən duruşu ilə birləşən uzunmüddətli təzyiq bu ağrılı vəziyyətin yaranma riskini artırır.
Xatırladaq ki, qışda immuniteti gücləndirmək düşündüyünüzdən daha asandır. Bunun üçün qış rasionunuz A, C, E vitaminləri və omega-3 ilə zəngin olmalıdır.
14:12 / 09 May 2026
59
12:41 / 09 May 2026
62
11:50 / 09 May 2026
114
11:45 / 09 May 2026
82
11:42 / 09 May 2026
493
11:19 / 09 May 2026
86
11:11 / 09 May 2026
161
11:08 / 09 May 2026
83
10:37 / 09 May 2026
1190
10:30 / 09 May 2026
108
10:27 / 09 May 2026
80
10:26 / 09 May 2026
71
10:25 / 09 May 2026
69
10:24 / 09 May 2026
70
10:07 / 09 May 2026
100
10:01 / 09 May 2026
82
01:00 / 09 May 2026
149
00:48 / 09 May 2026
393
00:30 / 09 May 2026
447
00:21 / 09 May 2026
403
00:00 / 09 May 2026
159
23:40 / 08 May 2026
151
23:25 / 08 May 2026
3806
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.