Azərbaycan neftinin qiyməti 103 dollara yaxınlaşır
14 Noyabr 2026, 09:29
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1285
02.02.2026, 15:29
Xəbər verdiyimiz kimi, İran ABŞ-la sazişi rədd edib. Serbiya Prezidenti Aleksandr Vuçiç növbəti 48 saat ərzində ABŞ-ın İrana zərbə endirəcəyinə inandığını bildirib. Həmçinin,“Abraham Linkoln” gəmisinin döyüş qrupu İran sahillərinə girməyə hazırdır. Amerikanın ən azı altı ağır “C-17A Globemaster III” hərbi-nəqliyyat təyyarəsi Yaxın Şərqədir. Üstəlik, Rusiya və Çin İranı dəstəklədiklərini nümayiş etdirirlər. Bu o deməkdir ki, müharibə qaçılmazdır. Artıq müharibənin miqyası da düşündüyümüzdən daha qorxunc olduğu aydındır.
Oxu24.com-un suallarını politoloq Turan Rzayev cavablandırıb.
O bildirib ki, birincisi bu “Abraham Linkoln” eyni zamanda, altı ağır “C-17A Globemaster III” hərbi-nəqliyyat təyyarəsi kimi vasitələrin proseslərə cəlb edilməsi prosesin ciddiliyindən xəbər verir:” İran tərəfi ABŞ-ın təkliflərini qəbul etmir çünki İran Amerikanın total bir müharibə edəcəyini düşünmür. Yəni, ABŞ-ın böyük bir ordu ilə İranın müdaxilə edəcəyin düşünmür. Yenə bu məsələnin araçı vasitəsilə sakitləşəcəyini düşünür. Düzü, mən də düşünürəm ki, ortada bir total müharibə ehtimal çox azdır. Bilirsiniz, belə bir müharibə böyük bir vəsait tələb edir. Bu vəsaitin sponsoru kimi olacaq? Tramp, əksinə birinci və ikinci hakimiyyəti dönəmindəki fəaliyyətində göstərdi ki, o hakimiyyətin xərclərini azaltmaq istəyir. Gəldiyimiz nəticə: bu total müharibə əslində Amerikanın xərclərinə ziddir. Üstəlik , İran elə bəsit bir ölkə deyil ki, onunla müharibə aparmaq asan olsun. Bəli, bu müharibənin nəticələri ABŞ üçün də çox ağır ola bilər.
İran tamamilə qapamış müdafiə müharibəsinə keçərsə, bu ABŞ-ın Əfqanıstanda yaşadıqlarının təkrarı ola bilər. Belə deyək, İran və ABŞ arasında belə bir total müharibə ehtimalının inandırıcı olacağını düşünmürəm. Uzaq başı, İranın Ali Rəhbəri Ayətullah Əli Xameneinin Maduro kimi oğurlanıb aparılması baş tuta bilər. Yəni, bu ehtimal daha uyğundur. Nəinki, total müharibə ehtimalı”-deyə politoloq vurğulayıb.
Xatırladaq ki, dünən ABŞ Prezidenti Donald Tramp İranla razılaşma əldə olunacağına ümid etdiyini bildirib:”Orada dünyanın ən böyük və ən güclü gəmiləri, tam yaxınlıqda yerləşir. Bir neçə gün ərzində ümid edirəm ki, razılaşma əldə edəcəyik”
Əntiqə Rəşid
09:29 / 14 Noyabr 2026
1
09:23 / 14 Noyabr 2026
37
08:09 / 14 Noyabr 2026
958
01:15 / 14 Noyabr 2026
149
00:40 / 14 Noyabr 2026
302
00:02 / 14 Noyabr 2026
1093
23:58 / 13 Noyabr 2026
158
23:49 / 13 Noyabr 2026
157
23:40 / 13 Noyabr 2026
162
23:28 / 13 Noyabr 2026
158
23:22 / 13 Noyabr 2026
148
23:17 / 13 Noyabr 2026
410
23:09 / 13 Noyabr 2026
177
23:05 / 13 Noyabr 2026
147
23:02 / 13 Noyabr 2026
320
22:53 / 13 Noyabr 2026
158
22:49 / 13 Noyabr 2026
152
22:41 / 13 Noyabr 2026
150
22:36 / 13 Noyabr 2026
173
22:18 / 13 Noyabr 2026
156
22:13 / 13 Noyabr 2026
151
22:03 / 13 Noyabr 2026
1172
21:43 / 13 Noyabr 2026
1245
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.