Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açılıb
06 Noyabr 2026, 13:39
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
351
06.11.2026, 08:17
Ədliyyə Nazirliyi tərəfindən xarici dövlətlərin aidiyyəti qurumları ilə beynəlxalq axtarışa verilmiş, cinayət törədilməsində ittiham olunan şəxslərin tutularaq ölkəmizə gətirilməsi ilə bağlı səmərəli əməkdaşlıq tədbirləri davam etdirilir.
Oxu24.com xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Almaniya Federativ Respublikasında müəyyən edilən daha bir şəxsin noyabrın 6-da Nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyata keçirilib.
Belə ki, 2021-ci ildə tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə müxtəlif vaxtlarda zərərçəkmiş şəxsləri aldadaraq onlara məxsus mənzilləri təmir etdirəcəyi barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə (Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.4-cü maddələri) ittiham olunan Azərbaycan Respublikasının vətəndaşı Nuriyev Elmir Elxan oğlunun yeri Almaniya Federativ Respublikasında müəyyən olunub və o, həbs edilib.
Baş Prokurorluğun sorğusundan, Nazirliyin təqdim etdiyi müvafiq zəmanətlərdən, habelə aparılan danışıqlardan sonra həmin şəxsin Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə olunub. Bu da öz növbəsində dövlətimizin beynəlxalq aləmdə mövcud olan nüfuzunu və Almaniya Federativ Respublikasının ölkəmiz üçün etibarlı tərəfdaş olmasını bir daha təsdiq edir.
Nuriyev Elmir Elxan oğlu Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Nazirliyin Penitensiar xidmətinin məsul əməkdaşları tərəfindən Almaniya Federativ Respublikasından ölkəmizə gətirilib və məhkəmənin həbs qərarına əsasən müvafiq istintaq təcridxanasına yerləşdirilib.
Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir.
16:22 / 06 Noyabr 2026
1
16:17 / 06 Noyabr 2026
54
16:02 / 06 Noyabr 2026
73
15:54 / 06 Noyabr 2026
85
15:50 / 06 Noyabr 2026
97
15:43 / 06 Noyabr 2026
100
15:32 / 06 Noyabr 2026
83
15:21 / 06 Noyabr 2026
89
15:14 / 06 Noyabr 2026
86
15:13 / 06 Noyabr 2026
87
15:05 / 06 Noyabr 2026
90
15:00 / 06 Noyabr 2026
565
14:58 / 06 Noyabr 2026
134
14:50 / 06 Noyabr 2026
90
14:43 / 06 Noyabr 2026
83
14:37 / 06 Noyabr 2026
109
14:30 / 06 Noyabr 2026
103
14:23 / 06 Noyabr 2026
104
14:13 / 06 Noyabr 2026
98
14:08 / 06 Noyabr 2026
109
13:57 / 06 Noyabr 2026
98
13:53 / 06 Noyabr 2026
134
13:46 / 06 Noyabr 2026
138
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.