Qaynar xətt:

(+99450) 247 90 86

Tualetdən gec çıxan azərbaycanlı döyüldü 

Tualetdən gec çıxan azərbaycanlı döyüldü 

CƏMİYYƏT

38

26.11.2026, 21:37

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Almaniyada azərbaycanlı sərnişin döyülüb.

Oxu24.com  lent.az-a istinadən xəbər verir ki, hadisə Münhen Mərkəzi Dəmir Yolu Vağzalında qeydə alınıb.

Məlumata görə, dava azərbaycanlının ayaqyolunda çox qalmasına görə baş verib. 41 yaşlı litvalı sərnişin tualetin qapısını dəfələrlə döysə də, 24 yaşlı azərbaycanlı sanitar qovşaqdan çıxmayıb. Qapını açıb çıxanda isə litvalı sərnişin azərbaycanlıya hücum edərək, yumruq zərbələri ilə başına və bədəninin müxtəlif nahiyələrinə zərbələr vurub. Yaxınlıqdan olan 31 yaşlı alman müdaxilə edərək, onları aralayıb.

Hadisədən sonra litvalı saxlanılıb. Müayinə zamanı onun sərxoş olduğu üzə çıxıb.

Məlumata görə, azərbaycanlıya hücum edən şəxs polisdə ifadə verdikdən və bir neçə prosedurdan sonra sərbəst buraxılıb.