Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
22 Oktyabr 2026, 23:07
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
335
22.10.2026, 15:04
"Falcom" MMC şirkətinin işçisi, Laçın rayonunun Qarakeçdi kənd sakini Elgün Əhmədov iş zamanı betonqarışdıran qurğunun içində faciəli şəkildə dünyasını dəyişib. Qardaşı Elmir Əhmədov 2024-cü ilin avqustunda baş verən hadisənin düzgün araşdırılmadığı və günahkarların məsuliyyətdən yayındırıldığını iddia edir.
O, bu barədə Oxu24.com -a şikayətində bildirib.
Elmir Əhmədovun sözlərinə görə, bədbəxt hadisə avqustun 15-i, səhər saat 10 radələrində Laçın rayonunun Pircahan kəndində baş verib:
“Qardaşımı betonqarışdıran qurğunu təmizləməyə göndəriblər. O, "meşalka"nın içinə düşüb və oranı təmizləməyə başlayıb. Bu zaman qurğu hərəkətə gəlib və qardaşım faciəvi şəkildə həyatını itirib. Hadisə zamanı orada təcrübəçilər və operatorlar olub. Təcrübəçilər deyir ki, onu ora operator göndərib, operatorlar isə təcrübəçiləri günahlandırır. Qardaşımı ora kimin göndərdiyi araşdırılmır”.
Şikayətçi deyir ki, Elgünü işə fəhlə kimi götürüblər, amma operator kimi "meşalka"nın içində işləməyə göndəriblər:
“Qardaşım qanunla işə fəhlə kimi götürülmüşdü. Onu işə aparan şəxs müdriyyətlə danışarkən demişdi ki, fəhlə kimi qeydiyyata alınacaq, ancaq operator işini öyrənəcək və bir aydan sonra operator işləyəcək. Elgün jurnalistika fakültəsini bitirmişdi, kompüter bilikləri vardı. Ancaq onu "meşalka"nı təmizləməyə göndəriblər. Bu məsələ ciddi şəkildə araşdırılmır. Şübhəli şəxslərdən olan baş fəhlə Orxanın kamera görüntüləri var. O hadisə barədə deyib ki, Elgün və operator Kərimi axtarırdı, görsün, otaqdadırlar, ya yox. Mən də ona dedim ki, kamerada görünür, sən Elgünün yanından düşürsən, Kərim də 4 metr qabaqda gedir. Bəs, otaqda nə edirdin? O otaqda "meşalka"nı işə salan kompüter sistemi yerləşirdi. Kimsə o sistemə müdaxilə edib. Prokuror və müstəntiq bu məsələnin üstünə getmir. Şirkət də susur. Hətta müstəntiq və vəkillə birlikdə otaqda həmin görüntüləri açıb baxmışıq. Vəkil özü müstəntiqə deyib ki, bu adamın görüntüləri çox şübhəlidir”.
Elmir Əhmədov şirkətin və müstəntiqlərin hadisəyə görə məsuliyyət daşıyan şəxsləri qorumağa çalışdığını iddia edib. Onun sözlərinə görə, şirkət texniki təhlükəsizlik qaydalarına əməl olunduğunu bildirsə də, bu, yalandır:
"Necə təhlükəsizlik işləri görülüb ki, bu cür faciə baş verib? İşçilərə düzgün təlim keçməyiblər. Mən orada SƏTƏM-in işçisi ilə söhbət edəndə o dedi ki, "ərazi çoxdur, mən təkəm, çatdırmıram, ayda bir dəfə təlim keçirəm". İndi işçilər ifadələrində yazır ki, hər gün bizə SƏTƏM mütəxəssisi tərəfindən təlim keçirilir. Halbuki o, özü təsdiqləmişdi ki, təkdir, vaxtı yoxdur, ayda bir dəfə təlim keçir”.
Dünyasını dəyişək fəhlənin qardaşı rəsmi şəxslərə müraciət edərək kömək istəyib.
Bununla bağlı video müraciəti təqdim edirik:
Qeyd edək ki,iş üzrə 28 oktyabr 2026-cı il tarixdə Ali Məhkəmədə kassasiya şikayətinə baxılacaq.
23:25 / 22 Oktyabr 2026
1
23:13 / 22 Oktyabr 2026
31
23:07 / 22 Oktyabr 2026
30
23:03 / 22 Oktyabr 2026
85
22:55 / 22 Oktyabr 2026
35
22:47 / 22 Oktyabr 2026
52
22:43 / 22 Oktyabr 2026
50
22:43 / 22 Oktyabr 2026
148
22:36 / 22 Oktyabr 2026
75
22:35 / 22 Oktyabr 2026
60
22:26 / 22 Oktyabr 2026
87
22:20 / 22 Oktyabr 2026
70
22:14 / 22 Oktyabr 2026
68
22:07 / 22 Oktyabr 2026
69
22:04 / 22 Oktyabr 2026
233
21:57 / 22 Oktyabr 2026
89
21:45 / 22 Oktyabr 2026
86
21:37 / 22 Oktyabr 2026
180
21:15 / 22 Oktyabr 2026
110
20:40 / 22 Oktyabr 2026
100
20:34 / 22 Oktyabr 2026
117
20:25 / 22 Oktyabr 2026
114
20:19 / 22 Oktyabr 2026
83
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.