“Əsgərliyə aparsalar, özümü öldürəcəyəm” - dedi, həbs olundu
10 Noyabr 2026, 17:10
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
521
09.06.2026, 13:07
Lənkəran İcra Hakimiyyətinin başçısı Taleh Qaraşova sui-qəsd hazırlamaqda ittiham olunan Bəhruz Əskərovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Oxu24.com xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində qərar qəbul edilib.
Qərara əsasən, şikayət təmin edilməyib, aşağı instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, təqsirləndirilən Bəhruz Əskərov 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Xatırladaq ki, B.Əskərova qarşı Cinayət Məcəlləsinin 28,120.2.1, 28,120.2.10, 28,120.2.11, 28,120.2.12 (qabaqcadan əlbir olan bir qrup şəxs halında milli, irqi, dini ədavət və düşmənçilik zəminində təkrar adam öldürməyə hazırlıq), 28,214.2.1, 28,214.2.3 (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terror aktı törətməyə hazırlıq), 28,214-3.1 (terrorçuluqla əlaqədar təlim keçməyə hazırlıq), 28,277 (dövlət xadiminin həyatına sui-qəsd etməyə hazırlıq) və 28,278.1-ci (dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hazırlıq hərəkətləri) maddələri ilə ittiham irəli sürülüb.
Bəhruz Əskərovun respublikanın müxtəlif rayonlarında yaşayan şəxsləri gizli əlaqəyə cəlb edərək, onlara Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının həyatına sui-qəsdin təşkil olunması barədə tapşırıqlar verməsi və əlaqəsində olan şəxslərə Azərbaycanın bəzi rayonlarında fərdi qaydada ingilis dili müəllimi kimi fəaliyyət göstərən xarici ölkə vətəndaşına qarşı sui-qəsd həyata keçirməyi tapşırması təsbit edilmişdir.
DTX tərəfindən keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində Bəhruz Əskərovun tutularaq Azərbaycan Respublikasında cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunub.
23:00 / 10 Noyabr 2026
27
22:58 / 10 Noyabr 2026
18
22:55 / 10 Noyabr 2026
17
22:35 / 10 Noyabr 2026
57
22:30 / 10 Noyabr 2026
184
22:27 / 10 Noyabr 2026
70
22:19 / 10 Noyabr 2026
74
22:04 / 10 Noyabr 2026
123
21:55 / 10 Noyabr 2026
452
21:51 / 10 Noyabr 2026
88
21:49 / 10 Noyabr 2026
184
21:46 / 10 Noyabr 2026
187
21:44 / 10 Noyabr 2026
94
21:40 / 10 Noyabr 2026
90
21:33 / 10 Noyabr 2026
18680
21:19 / 10 Noyabr 2026
109
21:12 / 10 Noyabr 2026
125
21:10 / 10 Noyabr 2026
463
20:56 / 10 Noyabr 2026
105
20:54 / 10 Noyabr 2026
556
20:46 / 10 Noyabr 2026
120
20:17 / 10 Noyabr 2026
120
20:10 / 10 Noyabr 2026
1427
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.