Gəncədə 65 yaşlı kişi qətlə yetirilib
21 Avqust 2026, 22:39
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
755
09.06.2026, 10:40
Bakı şəhər Nəsimi rayonu 4-cü mikrorayon ərazisində ata və oğlunun öldüyü hadisə ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Oxu24.com xəbər verir ki, 20 Yanvar küçəsi 39 ünvanındakı binada yerləşən mənzillərin birində 13 yaşlı Kamran Abıyev və atası Əbülfəz Abıyevin öldüyü hadisədə qaz sızmasının hamamdakı su qızdırıcısına (“ptiminutka”) görə baş verməsi dəqiqləşib.
Bildirilib ki, iyunun 7-nə keçən gecə Nəsimi rayonunun bir hissəsində içməli suyun verilməsində qısamüddətli fasilə olub. Bu səbəbdən onlar hamamda suyu açıq qoyublar ki, gələndə xəbər tuta bilsinlər. Su verilişi bərpa ediləndə hamamdakı su qızdırıcısı işə düşüb. Su verilişindəki qısamüddətli kəsintilər səbəbindən qızdırıcıdan qaz sızıntısı başlayıb və mənzilə dolub.
Hadisə zamanı Əbülfəz Abıyev və kiçik oğlu Kamran hamam yaxınlığındakı otaqda olduqlarından onlar yatdıqları yerdə qazdan zəhərlənərək ölüblər. Böyük oğlu Nurlan isə digər otaqda imiş.
İyunun 7-si saat 17 radələrində onlardan xəbər ala bilməyən yaxınları qapını açdırıblar və ata ilə 2 oğlunu huşsuz halda aşkar ediblər.
Həmçinin bildirilib ki, Əbülfəz Abıyevin allergiyası olduğundan pəncərələri bağlı saxlayıbmış.
Qeyd edək ki, K.Abıyev Nəsimi rayon 247 saylı orta məktəbin 7-ci sinif şagirdi olub. Ə.Abıyev isə Avropa Azərbaycan Məktəbinin müəllimi imiş.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.(QAFQAZİNFO)
00:03 / 22 Avqust 2026
24
23:49 / 21 Avqust 2026
49
23:00 / 21 Avqust 2026
55
22:39 / 21 Avqust 2026
56
22:25 / 21 Avqust 2026
65
22:11 / 21 Avqust 2026
72
21:57 / 21 Avqust 2026
84
21:30 / 21 Avqust 2026
74
20:56 / 21 Avqust 2026
79
20:52 / 21 Avqust 2026
67
20:14 / 21 Avqust 2026
80
19:42 / 21 Avqust 2026
93
19:21 / 21 Avqust 2026
95
19:08 / 21 Avqust 2026
170
18:46 / 21 Avqust 2026
101
18:41 / 21 Avqust 2026
78
18:33 / 21 Avqust 2026
96
18:20 / 21 Avqust 2026
76
18:10 / 21 Avqust 2026
115
17:59 / 21 Avqust 2026
99
17:45 / 21 Avqust 2026
124
17:30 / 21 Avqust 2026
104
17:10 / 21 Avqust 2026
135
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.