Bakıda evini qəsdən yandıran kişi dispanserə yerləşdirildi
24 Avqust 2026, 10:33
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
521
08.06.2026, 13:31
Prokuror "Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif Qurbanov, Ələsgər Məmmədli, Ruslan İzzətli, Ramil Babayev, Əli Zeynalov, Müşfiq Cabbarov, İlkin Əmrahov, Fərid İsmayılov və Elmir Abbasova cəza tələb edib.
Oxu24.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədliyi ilə keçirilən prosesdə prokuror Akif Qurbanovun 16 il, Ələsgər Məmmədlinin 15 il, Ruslan İzzətli 16 il, Ramil Babayev 14 il , Əli Zeynalov 15 il , Müşfiq Cabbarov 14 il, İlkin Əmrahov 14 il, Fərid İsmayılov 13 il, Elmir Abbasovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
O, Elmir Abbasovun məhkəmə zalında həbs olunmasını istəyib.
Həmçinin prokuror təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulmuş maşınları və evlərinin müsadirə edilərək mülki iddianın təmin edilməsini təklif edib.
Proses iyunun 22-də davam etdiriləcək.
Xatırladaq ki, 2024-cü ilin martın 6-da "Toplum TV" internet televiziyasının yerləşdiyi ofisdə və daha bir neçə ünvanda Daxili İşlər Nazirliyi tərəfindən əməliyyat keçirilib.
"Toplum TV"nin həmtəsisçiləri Akif Qurbanov, Ələsgər Əhmədoğlu (Məmmədli), əməkdaşları və III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli barəsində həbs qətimkan tədbiri seçilib. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.
Daha sonra iş üzrə təqsirləndirilən şəxslərə qarşı əlavə olaraq ittihamlar (Cinayət Məcəlləsinin 162-1.1, 192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4, 213.2.1 maddələri ilə) irəli sürülüb.
12:15 / 24 Avqust 2026
13
12:01 / 24 Avqust 2026
29
11:55 / 24 Avqust 2026
37
11:38 / 24 Avqust 2026
58
11:24 / 24 Avqust 2026
55
11:12 / 24 Avqust 2026
64
11:09 / 24 Avqust 2026
66
11:05 / 24 Avqust 2026
62
10:59 / 24 Avqust 2026
57
10:56 / 24 Avqust 2026
67
10:52 / 24 Avqust 2026
73
10:47 / 24 Avqust 2026
60
10:40 / 24 Avqust 2026
83
10:33 / 24 Avqust 2026
76
10:23 / 24 Avqust 2026
92
10:04 / 24 Avqust 2026
75
09:43 / 24 Avqust 2026
74
09:30 / 24 Avqust 2026
80
09:21 / 24 Avqust 2026
80
09:05 / 24 Avqust 2026
88
09:03 / 24 Avqust 2026
99
08:59 / 24 Avqust 2026
69
08:57 / 24 Avqust 2026
76
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.