Bakıda avtomobil YANDI
10 İyun 2026, 14:12
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1098
26.03.2026, 21:07
Martın 26-da axşam saatlarında Xəzər rayonu Zirə qəsəbəsi ərazisində münaqişə zəminində silahlı insident baş verib.
DİN-in mətbuat xidmətindən Modern.az-a bildirilib ki, 1959-cu il təvəllüdlü Cavanşir Muradov mübahisə zamanı ov tüfəngindən atəş açaraq qəsəbə sakini, 1981-ci il təvəllüdlü Məmmədhüseyn Əmirovu öldürməyə cəhd göstərib. Hadisə zamanı sonuncunun atası, 1956-cı il təvəllüdlü Vaqif Əmirov tüfəngdən açılan atəş nəticəsində ölüb.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə C.Muradov saxlanılıb. Ondan cinayət aləti olan ov tüfəngi götürülüb.
Hadisə şəxsi münasibətlər zəminində baş verib.
Faktla bağlı araşdırma aparılır.
***
20:15
Xəzər rayonunun Türkan qəsəbəsində silahlı insident baş verib. Hadisə nəticəsində bir nəfər həyatını itirib, bir nəfər isə yaralanaraq xəstəxanaya yerləşdirilib.
Oxu24.com xəbər verir ki, hadisə Türkan-Zirə bağ massivinin ərazisində qeydə alınıb. Belə ki, Cavanşir adlı şəxs üç nəfərə odlu silahdan atəş açıb. Atəş nəticəsində zərərçəkənlərdən biri hadisə yerində ölüb. Digər bir nəfər isə müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya çatdırılıb. Yaralının vəziyyəti ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. Digər şəxs hadisə yerindən qaçıb.
İnsidenti törətməkdə şübhəli bilinən Cavanşir saxlanılıb. O, Xəzər Rayon Polis İdarəsinin 1-ci bölməsinin əməkdaşları tərəfindən tutulub və hazırda istintaqa cəlb edilib. Faktla bağlı Xəzər Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Prokurorluq və polis əməkdaşları hadisənin bütün təfərrüatını araşdırır. Hadisənin hansı səbəbdən baş verdiyi, tərəflər arasında əvvəlcədən mübahisənin olub-olmaması istintaqın gedişində müəyyənləşdiriləcək.
Saxlanılan şəxs - Cavanşir Türkan qəsəbəsinin sakinidir və uzun müddətdir həmin ərazidə yaşayır. O, əsasən qoyunçuluqla məşğul olur və Zirə-Türkan bağları adlanan ərazidə məskunlaşıb.
Hazırda hüquq-mühafizə orqanları hadisənin motivlərini və silahlı insidentin bütün iştirakçılarını müəyyənləşdirmək üçün əməliyyat-istintaq tədbirlərini davam etdirir.(Musavat)
14:34 / 10 İyun 2026
9
14:30 / 10 İyun 2026
22
14:25 / 10 İyun 2026
23
14:25 / 10 İyun 2026
29
14:15 / 10 İyun 2026
36
14:14 / 10 İyun 2026
70
14:12 / 10 İyun 2026
35
13:55 / 10 İyun 2026
42
13:44 / 10 İyun 2026
62
13:35 / 10 İyun 2026
62
13:31 / 10 İyun 2026
59
13:27 / 10 İyun 2026
58
13:23 / 10 İyun 2026
454
13:15 / 10 İyun 2026
85
13:12 / 10 İyun 2026
70
12:54 / 10 İyun 2026
1362
12:52 / 10 İyun 2026
61
12:48 / 10 İyun 2026
84
12:43 / 10 İyun 2026
81
12:38 / 10 İyun 2026
74
12:29 / 10 İyun 2026
563
12:27 / 10 İyun 2026
261
12:19 / 10 İyun 2026
114
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.