DİN açıqlama yaydı
10 İyun 2026, 11:01
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
3012
26.03.2026, 19:35
Xəzər rayonunun Türkan qəsəbəsində silahlı insident baş verib. Hadisə nəticəsində bir nəfər həyatını itirib, bir nəfər isə yaralanaraq xəstəxanaya yerləşdirilib.
Oxu24.com Musavat.com-a istinadən xəbər verir ki, hadisə Türkan-Zirə bağ massivinin ərazisində qeydə alınıb. Belə ki, Cavanşir adlı şəxs üç nəfərə odlu silahdan atəş açıb.
Atəş nəticəsində zərərçəkənlərdən biri hadisə yerində ölüb. Digər bir nəfər isə müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya çatdırılıb.
Yaralının vəziyyəti ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. Digər şəxs isə qaçıb canını qurtarıb. Hadisəni törətməkdə şübhəli bilinən Cavanşir saxlanılıb. O, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub və hazırda istintaqa cəlb edilib.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Prokurorluq və polis əməkdaşları hadisənin bütün təfərrüatlarını araşdırır. Hadisənin hansı səbəbdən baş verdiyi, tərəflər arasında əvvəlcədən mübahisənin olub-olmaması istintaqın gedişində müəyyənləşdiriləcək.
Saxlanılan şəxs – Cavanşir Türkan qəsəbəsinin sakinidir və uzun müddətdir həmin ərazidə yaşayır. O, əsasən qoyunçuluqla məşğul olur və Zirə–Türkan bağları adlanan ərazidə məskunlaşıb.
Hazırda hüquq-mühafizə orqanları hadisənin motivlərini və silahlı insidentin bütün iştirakçılarını müəyyənləşdirmək üçün əməliyyat-istintaq tədbirlərini davam etdirir. Musavat.com hadisə ilə bağlı əlavə məlumatları təqdim edəcək.
11:32 / 10 İyun 2026
4
11:21 / 10 İyun 2026
18
11:13 / 10 İyun 2026
62
11:06 / 10 İyun 2026
261
11:01 / 10 İyun 2026
49
10:53 / 10 İyun 2026
54
10:50 / 10 İyun 2026
102
10:34 / 10 İyun 2026
80
10:32 / 10 İyun 2026
61
10:30 / 10 İyun 2026
71
10:24 / 10 İyun 2026
87
10:18 / 10 İyun 2026
64
10:16 / 10 İyun 2026
60
10:08 / 10 İyun 2026
716
10:02 / 10 İyun 2026
114
09:58 / 10 İyun 2026
109
09:45 / 10 İyun 2026
65
09:43 / 10 İyun 2026
58
09:42 / 10 İyun 2026
68
09:40 / 10 İyun 2026
210
09:39 / 10 İyun 2026
70
01:04 / 10 İyun 2026
326
00:24 / 10 İyun 2026
401
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.