Qaynar xətt:

(+99450) 247 90 86

Şəmkirdə iki qəza olub - Xəsarət alanlar var-Foto

Şəmkirdə iki qəza olub - Xəsarət alanlar var-Foto

KRİMİNAL

287

23.03.2026, 20:02

Şəmkirdə iki ayrı yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.

 Oxu24.com-un bölgə müxbirinin məlumatına görə, ilk qəza Şəmkir–Gədəbəy yolunun rayonun Qasımalıllar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "VAZ 21015" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Nəticədə 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Digər hadisə isə rayonun Yeni Həyat kəndində baş verib. Hərəkətdə olan “Mercedes” və “VAZ” markalı avtomobillərin toqquşması nəticəsində daha 2 nəfər xəsarət alıb. Yaralılar dərhal xəstəxanaya çatdırılıb.

Hər iki hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktlarla bağlı araşdırma aparılır.Unikal