Qaynar xətt:

(+99450) 247 90 86

Ağdaşda qəza - 4 nəfər xəsarət aldı 

news/2025_05_30/1748550184_1642868627_qezaffff_1748576030.jpeg

KRİMİNAL

87

10.02.2026, 21:42

Ağdaş rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Oxu24.com-un məlumatına görə, qəza Bakı–Qazax avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, idarəetmədən çıxan “Chevrolet” markalı avtomobil yol kənarına aşıb.

Nəticədə 1989-cu il təvəllüdlü Süleyman Şəmiyev müxtəlif bədən xəsarətləri ilə Ağdaş rayon xəstəxanasına çatdırılıb. Daha 3 yaralı isə Yevlax rayonundakı tibb müəssisəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.Qafqazinfo