Qar yağacaq,dolu düşəcək — SABAHIN HAVASI
08 May 2026, 12:42
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
933
10.02.2026, 22:22
Bir sıra mallar, o cümlədən avtomobil benzini üzrə rüsumların ayrıca müəyyən edilməsi yanacaq bazarında qiymət artımı ehtimalını gündəmə gətirib. Maraqlıdır, bu artım ictimai nəqliyyat tariflərinin bahalaşmasına səbəb ola bilərmi?
Oxu24.com bildirir ki, mövzu ilə bağlı konkret.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, yanacaq qiymətlərində baş verən dəyişikliklərin nəqliyyat sektoruna təsirsiz ötüşməsi mümkün deyil.
Ekspertin sözlərinə görə, yanacaq və sürtkü materialları avtomobil sektorunda əsas xərclərdən biridir və bu sahədə tətbiq olunan rüsumlar, daxili istifadə qaydaları birbaşa nəqliyyat xərclərinə təsir edir:
“Yanacağın qiymətində artım nəqliyyat sahəsinə birbaşa təsir göstərir. Çünki yanacaq və sürtkü materialları avtomobil sektorunda əsas paya malikdir. Bu amil həm nəqliyyat vasitələrinin istismarı, həm də ehtiyat hissələrinin daxili və xarici bazarlarda qiymətinin formalaşmasında mühüm rol oynayır”.
Aslan Əsədov qeyd edib ki, sürtkü materialları və yanacaq xərcləri nəqliyyat vasitələrinin saxlanma və istismar xərcini artırır ki, bu da son nəticədə xidmət qiymətlərinə təsirsiz ötüşmür:
Həmçinin oxuyun
“Bir neçə ay əvvəl, xüsusilə dekabr ayında qiymətlərdə oxşar tendensiya müşahidə olundu və bu, bahalaşmaya səbəb oldu. Bu faktı inkar etmək olmaz. Yanacaq amili bahalaşmanın əsas tezislərindən biridir”.
Ekspert əlavə edib ki, gələcək perspektivdə bu cür qərarların mahiyyəti daha dərindən təhlil edilməli, yanacağın nəqliyyat sektorundakı strateji əhəmiyyəti nəzərə alınmalıdır:
“Ümumiyyətlə, qərarların qəbulunda yanacağın nə qədər əhəmiyyətli olduğu heç kimdə şübhə doğurmur. Əsas sürtkü materiallarının avtomobillərə təsiri müxtəlif formalarda özünü göstərir və bu, qiymət siyasətində nəzərə alınmalıdır”.
12:42 / 08 May 2026
51
12:39 / 08 May 2026
18
12:31 / 08 May 2026
25
12:24 / 08 May 2026
35
12:22 / 08 May 2026
28
12:13 / 08 May 2026
31
12:06 / 08 May 2026
123
12:03 / 08 May 2026
43
11:51 / 08 May 2026
36
11:47 / 08 May 2026
48
11:41 / 08 May 2026
50
11:21 / 08 May 2026
134
11:13 / 08 May 2026
69
11:09 / 08 May 2026
59
11:06 / 08 May 2026
57
10:59 / 08 May 2026
44
10:50 / 08 May 2026
751
10:37 / 08 May 2026
354
10:33 / 08 May 2026
59
10:29 / 08 May 2026
94
10:27 / 08 May 2026
69
10:24 / 08 May 2026
419
10:17 / 08 May 2026
65
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.