Boşanma zamanı bu əmlaklar bölünə BİLMƏZ
03 Mart 2026, 17:33
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
841
10.02.2026, 23:35
Cəmiyyətdə tez-tez rast gəlinən hüquqi suallardan biri də bağışlama yolu ilə verilmiş əmlakın gələcəkdə miras və pay bölgüsünə düşüb-düşməməsi ilə bağlıdır. Xüsusilə ailə üzvləri arasında baş verən bu cür hallarda yanlış təsəvvürlər mübahisələrə və məhkəmə çəkişmələrinə yol açır.
Oxu24.com xəbər verir ki,məsələyə hüquqi baxımdan yanaşdıqda qeyd edilməlidir ki, ana tərəfindən evin bağışlama müqaviləsi ilə övladın adına keçirilməsi həmin əmlakın tam şəkildə bağışlanan şəxsin mülkiyyətinə keçməsi deməkdir. Bu halda söhbət mirasdan və ya pay bölgüsündən getmir. Çünki bağışlama artıq başa çatmış mülki-hüquqi əqddir və bağışlanan əmlak bağışlayanın ölümündən sonra miras kütləsinə daxil edilmir.
Belə olan halda, evdə qeydiyyatda olan bacının mülkiyyət payı tələb etmək hüququ yoxdur. Qeydiyyatda olmaq mülkiyyət hüququ yaratmır. Əmlak artıq bağışlama yolu ilə digər şəxsin adına keçdiyindən, bacı gələcəkdə həmin evdən pay tələb edə bilməz.
Burada diqqət edilməli olan əsas məqam istifadə hüququ ilə bağlıdır. Əgər bacı faktiki olaraq həmin evdə yaşayırsa, ailə qurmayıbsa və başqa yerə köçməyibsə, onun yaşayış yeri kimi istifadə hüququ mövcud ola bilər. Lakin o, evdə faktiki yaşamır, sadəcə qeydiyyatda qalırsa, bu halda istifadə hüququ da yaranmır. Belə vəziyyətdə mülkiyyətçi məhkəməyə və ya müvafiq icra orqanlarına müraciət edərək onu qeydiyyatdan çıxartmaq hüququna malikdir.
Gələcək ehtimallarla bağlı səslənən iddialara gəldikdə isə, bağışlama müqaviləsi vəsiyyətnamə ilə eyniləşdirilə bilməz. Bağışlama bağışlayanın sağlığında qüvvəyə minən və dərhal hüquqi nəticə doğuran əqddir. Vəsiyyətnamə isə yalnız ölüm anından sonra hüquqi qüvvə alır. Buna görə də, bağışlama edilmiş əmlak sonradan “qanun üzrə vərəsəlik” predmetinə çevrilmir.
Həmçinin oxuyun
Bəzi hallarda məhkəmələrdə bağışlama müqaviləsinin etibarsız sayılması tələbləri irəli sürülür. Bu isə yalnız xüsusi hallarda – məsələn, bağışlayanın əqdi bağlayarkən sağlamlıq vəziyyətinin ağır olması, iradəsinin sərbəst formalaşmaması, aldatma və ya məcburetmə faktlarının sübuta yetirilməsi zamanı mümkündür. Məhkəmə bu kimi iddialara baxarkən əsas diqqəti bağışlamanın könüllü və şüurlu şəkildə həyata keçirilib-keçirilməməsinə yönəldir.
Nəticə etibarilə, ana tərəfindən bağışlama yolu ilə verilmiş ev bağışlanan şəxsin tam və müstəsna mülkiyyəti sayılır. Digər ailə üzvləri, o cümlədən bacı, həmin əmlakdan pay tələb edə bilməz. Yalnız faktiki yaşayış halı mövcud olduqda istifadə hüququndan söhbət gedə bilər ki, bu da hər bir konkret vəziyyət üzrə hüquqi qaydada qiymətləndirilir.
Hazırladı: Jalə
22:32 / 03 Mart 2026
39
22:30 / 03 Mart 2026
10
22:29 / 03 Mart 2026
32
22:19 / 03 Mart 2026
62
22:05 / 03 Mart 2026
109
21:59 / 03 Mart 2026
51
21:46 / 03 Mart 2026
38
21:45 / 03 Mart 2026
89
21:30 / 03 Mart 2026
50
21:27 / 03 Mart 2026
69
21:24 / 03 Mart 2026
1693
21:12 / 03 Mart 2026
243
21:09 / 03 Mart 2026
63
20:54 / 03 Mart 2026
299
20:53 / 03 Mart 2026
66
20:42 / 03 Mart 2026
58
20:30 / 03 Mart 2026
877
20:23 / 03 Mart 2026
88
20:04 / 03 Mart 2026
89
19:54 / 03 Mart 2026
84
19:45 / 03 Mart 2026
124
19:37 / 03 Mart 2026
75
19:11 / 03 Mart 2026
118
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.