Xalq artistinin kürəkəni ilə bağlı QƏRAR
13 Noyabr 2026, 15:37
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
1780
10.02.2026, 22:52
Bayram və istirahət günlərində işə cəlb olunma məsələsi əmək münasibətlərində ən çox sual doğuran mövzulardandır. Xüsusilə belə günlərdə çalışan işçiləri maraqlandıran əsas məsələ əlavə əməkhaqqının necə və hansı qaydada ödənilməsidir.
Oxu24.com xəbər verir ki,məsələyə hüquqi baxımdan yanaşdıqda qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 164-cü maddəsinə əsasən, həftə sonları və iş günü hesab edilməyən bayram günlərində işləyən işçilərə əməkhaqqı artırılmış məbləğdə ödənilməlidir.
Qanun bu məsələdə işçilərin əmək hüquqlarını aydın şəkildə qoruyur.
Belə ki, işəmuzd işləyən işçilərə görülən işə görə ödəniş ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla hesablanır. Vaxtamuzd işləyən işçilərə isə həmin gün üçün gündəlik tarif maaşının iki mislindən az olmayaraq əlavə haqq verilir.
Aylıq əməkhaqqı alan işçilər üçün ödəniş qaydası görülən işin aylıq iş vaxtı normasına uyğun olub-olmamasından asılıdır. Əgər iş aylıq iş vaxtı norması çərçivəsində görülübsə, işçiyə əlavə olaraq bir günlük vəzifə maaşı ödənilir. İş normadan artıq yerinə yetirilibsə, bu zaman gündəlik vəzifə maaşının ikiqat məbləği verilməlidir.
Qanunvericilik işçiyə alternativ seçim də tanıyır. İşçinin razılığı ilə bayram və istirahət günlərində görülmüş işə görə nəzərdə tutulan əlavə ödəniş istirahət günü ilə əvəz edilə bilər.
Nəticə etibarilə, bayram günlərində işləyən hər bir işçi əlavə əməkhaqqı almaq hüququna malikdir və bu hüquq Əmək Məcəlləsi ilə təmin edilir. Əsas şərt isə işə cəlb olunmanın və görülən işin rəsmi şəkildə rəsmiləşdirilməsidir.
Hazırladı: Şahbaz
00:40 / 14 Noyabr 2026
95
00:02 / 14 Noyabr 2026
382
23:58 / 13 Noyabr 2026
90
23:49 / 13 Noyabr 2026
89
23:40 / 13 Noyabr 2026
102
23:28 / 13 Noyabr 2026
102
23:22 / 13 Noyabr 2026
97
23:17 / 13 Noyabr 2026
240
23:09 / 13 Noyabr 2026
112
23:05 / 13 Noyabr 2026
102
23:02 / 13 Noyabr 2026
159
22:53 / 13 Noyabr 2026
112
22:49 / 13 Noyabr 2026
105
22:41 / 13 Noyabr 2026
105
22:36 / 13 Noyabr 2026
124
22:18 / 13 Noyabr 2026
112
22:13 / 13 Noyabr 2026
108
22:03 / 13 Noyabr 2026
673
21:43 / 13 Noyabr 2026
989
21:36 / 13 Noyabr 2026
114
21:29 / 13 Noyabr 2026
144
21:24 / 13 Noyabr 2026
374
21:03 / 13 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.