Qar yağacaq,dolu düşəcək — SABAHIN HAVASI
08 May 2026, 12:42
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
6221
10.02.2026, 22:09
Fəzail Ağamalı – kiminin xoşuna gələ bilər, kiminin yox; kimi üçün yaxşı, kimi üçün pis ola bilər – rəhmətlik Elçibəy demişkən, pul deyil ki, hamının xoşuna gəlsin.
Ancaq adam uzun bir siyasi həyat yaşayıb: 70-ci illərdə gizli tələbə hərəkatlarında da olub, 88-ci ildən başlayan proseslərə də qoşulub: bu ölkədə ilk partiya yaradanlardan olub, əmək nazirinin əvəzedicisi işləyib, 6 dəfə də deputat olub...
Fəzail Ağamalı bütün mənfi-müsbəti ilə bu ölkənin ictimai-siyasi həyatında olmuş adamdır və 2000-ci ildə Ramiz Mehdiyevə qarşı çıxmağı bacaran azsaylı şəxslərdən biri idi. Ən azı bu cəsarətinə görə onun arxasınca danışanlar iki dəfə düşünsələr yaxşıdır.
Ölümü də qəribə oldu: xərçəng yoxlamasına getmişdi, oteldə ürəktutmadan dünyasını dəyişdi.
Cəmi bir gün keçdi və adam artıq dəfn edildi.
Dəfndən əvvəl dəfninə çalışanlar da az deyil – bu da onların haqqıdır, kimsənin haqqını əlindən almaq, gördüyünü, düşündüyünü ifadə etməsinə sipər olmaq yaramaz. Ancaq fiziki dəfndən əvvəl sosial şəbəkədə “dəfnə” başlayanlar özlərinin əbədi saymasalar, özlərinin də dəfn olunacağını anlasalar, daha adil yanaşma olar.
Gələk, vida mərasiminə. Deputat elədiyi qızı Günay Ağamalı bu gün səhər elan etdi ki, atası ilə vida mərasimi 12:00-da başlayacaq, Heydər Məscidində.
11:25-də artıq vida mərasiminin başladığı barədə mediada məlumat yayıldı.
Bu tələskənliyin səbəbi nədir?
Mənə maraqlı gələn başqa məqamdır: Fəzail Ağamalı nazirəvəzi işləyib, 30 ilə yaxın deputatlıq edib, partiya sədri olub, onun vida mərasiminə və dəfninə də həmkarları gəlməli idi.
Milli Məclisin bugünkü iclası saat 11:00-da başlayacaqdı və deputat Günay Ağamalı bunu əvvəlcədən bilirdi. Vida mərasimini 12:00-a salıb, 11:25-də başlamaq o deməkdir ki, millət vəkillərinin orda iştirakı mümkünsüzə çevrilir.
Bəlkə, məqsədli şəkildə edilib, təmtəraqdan qaçmaq üçün? Belədirsə, nahaq!
Hər şeyi urvatlı etmək gərək...
MM iclası ilə eyni vaxta salmazdılar gərək...
Şeyx Teymur
Həmçinin oxuyun
12:42 / 08 May 2026
51
12:39 / 08 May 2026
18
12:31 / 08 May 2026
25
12:24 / 08 May 2026
35
12:22 / 08 May 2026
28
12:13 / 08 May 2026
31
12:06 / 08 May 2026
123
12:03 / 08 May 2026
43
11:51 / 08 May 2026
36
11:47 / 08 May 2026
48
11:41 / 08 May 2026
50
11:21 / 08 May 2026
134
11:13 / 08 May 2026
69
11:09 / 08 May 2026
59
11:06 / 08 May 2026
57
10:59 / 08 May 2026
44
10:50 / 08 May 2026
751
10:37 / 08 May 2026
354
10:33 / 08 May 2026
59
10:29 / 08 May 2026
94
10:27 / 08 May 2026
69
10:24 / 08 May 2026
419
10:17 / 08 May 2026
65
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.